Sabahın hava proqnozu: Güclü külək əsəcək
12.01.2015 - 13:19

Yanvarın 13-də Abşeron yarımadasında meteoroloji amillərin
tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz
etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, güclü cənub-qərb küləyi güclənən şimal-qərb küləyinə keçəcək, axşam mülayimləşəcək.
Temperaturun gecə 1-3, gündüz 4-10 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi güclənəcək.
Temperatur aran rayonlarında gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15225