Boksçu atışmada öldürüldü
İngiltərənin Beri şəhərində baş verən atışmada boksçu Koul Kerşou öldürülüb.
“Report” BBC-yə istinadən xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Şahidlər axşam saatların polisə silah səslərinin eşidildiyini bildirib.
Hadisə yerinə gələn asayiş keşikçiləri Kerşounu tapıblar. Sinəsindən güllə yarası alan 18 yaşlı britaniyalı boksçu xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Koul Kerşounun şirkəti ilə başqa qrup arasında münaqişə baş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=152253