Ermənilər suyumuzu bulandırır

12.01.2015 - 13:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli
Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin
onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə
yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, yanvar ayının I
ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə
nisbətən 1 m3/san artaraq 132 m3/san təşkil edib. Monitorinqin
nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən
birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye
müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun
qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması
müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 3, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3.1 dəfə yol
verilən qatılıq həddini (YVQH) keçib.

Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə
fenollar Araz çayı üzrə Horadizdə və I Şahsevəndə 3, Bəhramtəpədə isə
2.5 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.73-8.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930