Türkiyəyə hörmətsizlik

12.01.2015 - 13:43

Ötən gün Fransanın paytaxtı Parisdə terrora qarşı keçirilən həmrəylik
yürüşündə iştirak edən Türkiyənin baş nazirinə qarşı hörmətsizlik olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Fransa
prezidenti Fransua Olland yürüşdə iştirak etmək üçün Parisə gələn dövlət
rəsmiləri ilə görüşüb.

Yürüşdə yaşanan bir məqam jurnalistlərin diqqətindən qaçmayıb. Belə ki,
Olland sırada olan dövlət rəsmilərinə əl verərək görüşüb, onlarla
qucaqlaşaraq isti münasibət göstərib. Lakin Əhməd Davudoğlu bu
münasibətdən kənar qalıb.

Belə ki, Ollanda birinci sırada olan Davudoğlunun görüşmək üçün uzanan
əlini bir necə dəfə havada qoyub. O, hətta arxa sırada olanlarla belə
görüşüb.

Davudoğluna növbə çatanda isə onunla ancaq əl sıxmaqla kifayətlənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15230

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930