“Qızıl top” kimin olacaq: Ronaldo, Noyer, yoxsa Messi?

12.01.2015 - 14:14

Bu gün “Qızıl top”un sahibi bilinəcək.

2014-cü ilin ən yaxşı futbolçusu adına 3 namizəd var. Bunlar  4 dəfə
(2009, 2010, 2011, 2012) bu mükafata sahib olan Argentina millisinin
üzvü və “Barselona”nın hücumçusu Lionel Messi, ya 2 dəfə (2008, 2013)
sözügedən ada layiq görülən portuqaliyalı və “Real” Madridin forvardı
Kriştiano Ronaldoya və  Almaniya yığmasının heyətində dünya çempionu
olan və “Bavariya”nın qapıçısı Manuel Noyerdi. 

Bundan başqa,
İsveçrənin Sürix şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da
başlayacaq mərasimdə ilin “11-liy”i, ən yaxşı qolu, qadınlar arasında
ilin ən yaxşı futbolçusu, həm kişi, həm də qadın futbolunun ən yaxşı baş
məşqçisi, “Fair Play” və ən yaxşı təşkilatçılıq mükafatları sahiblərinə
müəyyənləşəcək.

“Qızıl top”a namizədlər:

Kişi futbolçular: Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Manuel Noyer (Almaniya, “Bavariya”)

Qadın futbolçular: Nadin Kessler (Almaniya, “Volfsburq”), Marta (Braziliya, “Rosenqard”), Ebbi Vambax (ABŞ, “Vestern Nyu-York Flaş”)

“İlin ən yaxşı baş məşqçisi” adına namizədlər:

Kişi futbolunda: Karlo Ancelotti (“Real”, İtaliya), Dieqo Simeone (Argentina, “Atletiko”), Yoahim Löv (Almaniya millisi)

Qadın futbolunda: Ralf Kellermann (Almaniya, “Volfsburq”), Maren Meynert (Almaniya U-19 və U-20 millisi), Norio Sasaki (Yaponiya millisi)

İlin ən yaxşı qolu – Ferens Puşkaş mükafatın namizədlər: Stefani Roş (İrlandiya millisinin qadın futbolçusu, “Pimaunt
Yunayted”), Xames Rodriqes (Kolumbiya, Madrid “Real”ı), Robin van Persi
(Hollandiya, “Mançester Yunayted”)

İlin ən yaxşı “11-liy”i:

Qapıçılar: Manuel Noyer (Almaniya, “Bavariya”), Klaudio Bravo (Çili, “Barselona”),
Tibo Kurtua (Belçika, “Atletiko”/”Çelsi”), İker Kasilyas (İspaniya,
“Real), Canluici Buffon (İtaliya, “Yuventus”)

Müdafiəçilər: David Alaba (Avstriya, “Bavariya”), Xordi Alba (İspaniya, “Barselona”),
Jerom Boatenq (Almaniya, “Bavariya”), Dieqo Qodin (Uruqvay,
“Atletiko”), David Luis (Braziliya, PSJ), Dani Alves (Braziliya,
“Barselona”), Rafael Varan (Fransa, “Real”), Branislav İvanoviç
(Serbiya, “Çelsi”), Daniel Karvaxal (İspaniya, “Real”), Vensan Kompani
(Belçika, “Mançester Siti”), Filipp Lam (Almaniya, “Bavariya”), Marselo
(Braziliya, “Real”), Xavyer Maskerano (Argentina, “Barselona”), Pepe
(Portuqaliya, “Real”), Serxio Ramos (İspaniya, “Real”), Pablo Sabaleta
(Argentina, “Mançester Siti”), Tyaqu Silva (Braziliya, PSJ), Filipe Luis
(Braziliya, “Çelsi”), Mats Hummels (Almaniya, “Borussiya” D)

Yarımmüdafiəçilər: Anhel di Mariya (“Real”, “Mançester Yuanyted), Xabi Alonso (“Real”,
“Bavariya”), Sesk Fabreqas (“Barselona”, “Çelsi”), Eden Azar (“Çelsi”),
Xavi (“Barselona”), Andreas İnyesta (“Barselona”), Toni Kroos
(“Bavariya”, “Real”), Luka Modriç (“Real”), Mesut Özil (“Arsenal”),
Andrea Pirlo (“Yuventus”), Pol Poqba (“Yuventus”), Hames Rodriges
(“Monako”, “Real”), Bastian Şvaynştayger (“Bavariya”), Arturo Vidal
(“Yuventus”) və Yaya Turedi (“Mançester Siti”)

Hücumçular: Serxio Aquero (Argentina, “Mançester Siti”), Qaret Beyl (Uels, “Real”),
Kərim Benzema (Fransa, “Real”), Dieqo Kosta (İspaniya, “Çelsi”),
Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Zlatan İbrahimoviç (İsveç,
PSJ), Robert Levandovski (Polşa, “Bavariya”), Lionel Messi (Argentina,
“Barselona”), Tomas Müller (Almaniya, “Bavariya”), Neymar (Braziliya,
“Barselona”), Marko Roys (Almaniya, “Borussiya”), Aryen Robben
(Hollandiya, “Bavariya”), Frank Riberi (Fransa, “Bavariya”), Ueyn Runi
(İngiltərə, “Mançester Yunayted”), Luis Suares (Uruqvay, “Barselona”)

Short URL: http://www.cumhuriyyet.net/?p=15231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728