Mərkəzi Bank ehtiyatının 10 faizini itirib

12.01.2015 - 14:37

Samir Əliyev: “Bu, Rusiyadakı böhranla bağlıdır”

Mərkəzi
Bankın rəsmi valyuta ehtiyatları azalıb. Yerli ekspertlər bunu Rusiyada
baş verən və davam etməkdə olanm iqtisadi böhranla əlaqələndirirlər.
İqtisadçı Samir Əliyev bildirir ki, Rusiya böhranına görə Mərkəzi Bank
ehtiyatının 10 faizini itirib: ” Gözlənildiyi kimi, 2014-cü ildə Mərkəzi
Bankın rəsmi valyuta ehtiyatları 2,3 faiz azalıb. Ehtiyatların həcmi il
ərzində 14152,0 milyondan 13758,3 milyon dollara düşüb. Mərkəzi Bankın
rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır azalma tendensiyası nümayiş
etdirir. İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub –
15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha
çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238
milyon dollar itirib.
MB-nin valyuta ehtiyatının
azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması
həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı
sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın
əmlak bazarına yönəltdilər. Dekabr ayı manat üçün çox gərgin keçdi.
Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi
Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq
məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi
Bankın ehtiyatlarının 10 faizini itirməsi ilə nəticələndi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728