ABŞ-da Quantanamo həbs düşərgəsinə qarşı etiraz aksiyası…

12.01.2015 - 14:40

ABŞ-da Quantanamo həbs düşərgəsinə etiraz ediblər.
Musavat.com-un məlumatına görə, Ağ Evin qarşısına toplaşan
insan haqları müdafiəçiləri açılışının 13-cü ildönümündə Quantanamo həbs
düşərgəsinə qarşı aksiya təşkil ediblər.
Aksiyada “Düşərgəni dərhal bağla”, “İşgəncələrə yox”, “Gizli
həbsxanalara yox”,  “Obama sözünə əməl et, Quantanamonu bağla” şüarları
səsləndirilib. 
Etirazçılar Quantanamodakı
məhbusların geyindiyi narıncı rəngli uniformalar geyiblər və məhkumlar
kimi bir-birinin ardınca addımlayıblar.

Mətbuata açıqlama verən aksiyaçılar Quantanamo həbs düşərgəsində
insan haqlarının pozulmasını əsas gətirərək, düşərgənin dərhal
bağlanmasını tələb ediblər. Nümayişçilər Quantanamonu “ABŞ-ın üzqarası”adlandırıblar.
Etirazçılar deyiblər: “Bir çox məhbusun azadlığa buraxılması
haqqında qərar verilsə də, onlar hələ də həbsdə saxlanılırlar. ABŞ
prezidenti B.Obamaya müraciət edirik, verdiyi sözü tutmasını istəyirik
və düşərgənin qəti olaraq, bağlanmasını tələb edirik”.
Qeyd edək ki, prezident seçkiləri zamanı namizəd olan Barak Obama Quantanamonu bağlayacağına söz vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=15236

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728