Kim, nə qədər əmlak vergisi ödəyəcək?
Yanvarın 1-dən vətəndaşlar əmlak vergisi ödəyəcək. Əslində bu
vergi əvvəllər də ödənilirdi. İldə bir dəfə, adətən Mənzil Kommunal
Təsərrüfat Birliklərinə (В«JEKВ») və ya bələdiyyətlərə. 2015-ci ildən
şərtlər dəyişib.
2015-ci İLDƏ EDİLƏN DƏYİŞİKLİKLƏR
Milli Məclis ötən ilin iyununda В«Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqındaВ» qanunu dəyişib. Yanvarın 1-dən yeni qanunun
tətbiqinə başlanıb. Bundan öncə mülkiyyətçilər əmlakın ümumi dəyərindən 5
min manat çıxıb, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödəyirdi.
Bundan sonra ödəniş aylıq olacaq, mülkün ümumi sahəsinə görə aparılacaq.
Ümumi sahədən 30 kvadrat metr çıxıb yerdə qalan sahənin hər kvadrat
metrinə görə vergi ödənəcək. Vergi hesablanması əmlakın yerləşdiyi
ərazidən asılı olaraq dəyişəcək. Tutalım, Bakıda 55 kvadrat metrlik
əmlakınız varsa, bunun 30 kvadratından vergi tutulmur. Yerdə qalan 25
kvadrat metrin vergisi belə hesablanır. 25 vurulur 40 qəpiyə alınan
rəqəm isə əmlakın yerindən asılı olaraq ya 70 qəpiyə, ya da 1 manat 50
qəpiyə vurulub. Məsələn, Səbayel rayonunda 25 kvadrat metrlik sahənin
vergisi 25 vur 40 qəpik vur 1,5 manat bu da 15 manat edir, Masazırda isə
eyni sahənin vergisi 25 vur 40 qəpik vur 0,70 qəpik bu da 7 manat edir.
BAŞQA ÖKƏLƏRDƏ VERGİDƏN AZAD EDİLİR, AZƏRBAYCANDA İSƏ
Vəli Quliyev qanuna edilən dəyişikləri eşidib narahat olub. Deyir ki,
vergini hara, nə qədər və necə ödəyəcəyindən məlumatsızdır: В«Biz əvvəllər evimizə görə ildə bir dəfə В«JEKВ»-ə 20 manat ödəyirdik. Amma yeni qanuna dəyişiklikdən sonra şərtlərdən xəbərsizikВ».
Vəli Quliyevin evi Bakının Nərimanov ərazisində yerləşir. Ümumi sahəsi
80 kvadrat metrdir. Hesablayandan sonra məlum olur ki, Vəli Quliyev
bundan sonra təxminən 20-30 manat əmlak vergisi ödəyəcək. Hələlik,
Nazirlər Kabineti şəhərin yerləşmə yerlərində görə əmsalları
müəyyənləşdirməyib deyə, dəqiq nə qədər ödəyəcəyi məlum deyil.
Əslində onun ödəyəcəyi vəsait o qədər də dəyişməyəcək. Amma Vəlini
narahat edən təkcə bu məsələ deyil. Axı, onlar bundan sonra əmlak
vergisindən əlavə bir də torpaq vergisi ödəməlidir: В«Düzdür, ilk baxışda
bu az məbləğ görünür. Amma aylıq gəliri 500-1000 manat arası olan 4
nəfərlik ailə üçün hər bir manatın belə dəyəri var. Şəxsən mən qanuna
edilən dəyişikliklərə çox pis baxıram. Nefti olan ölkələrdə vətəndaşa
müəyyən güzəştlər edilir. Azərbaycanda isə son vaxtlar az qala hər şey
üçün vergi almağı düşünürlər. Açıq-aşkar görünür ki, vergilərlə bağlı
son dəyişikliklər azalan neft gəlirini vətəndaşın hesabına əvəzləməkdir.
19 milyardlıq dövlət büdcəsinin yarıdan çoxu neftdən gələndə hökumət bu
duruma düşəcəyini bilməli idi. Qeyri-neft sektorunu inkişaf
etdirməyəndə düşüləcək durum belə olacaqdıВ».
ƏSAS MƏQSƏD ŞƏFFAFLIQDIR…
Vəli Quliyevdən fərqli düşünənlər də var. Elnur Əliyev yeni qanundan
razıdır. Deyir ki, bundan sonra vətəndaşlar necə gəldi yox, özləri
rahatlıqla vergilərini dövlətə ödəyə biləcək.
Elə iyunun 20-də Milli Məclis qanunu dəyişərkən Ziyad Səmədzadə
bildirib ki, dəyişiklik ilk növbədə bələdiyyələrin fəaliyyətində
şəffaflığı təmin etmək üçündür. Bundan sonra bankda, poçtda, ödəniş
edilə bilər.
Ziyad Səmədzadə çıxışında Azərbaycandakı əmlak vergisinin həcmini
müqayisə edib. Bildirmişdi ki, Azərbaycanda digər ölkələrlə müqayisədə
ən az əmlak vergisi və torpaq vergisi ödəyən ölkədir:
В«Torpaq, əmlak vergisinin düzgün hesablanması bütövlükdə Azərbaycanın
milli sərvətinin hesablanması üçün lazımdır. Burada vergilərin
artmasından söhbət getmir, uçotun obyektivliyindən söhbət gedirВ».
AÇIQ QALAN SUALLAR…
Elə
qanun layihəsi müzakirə edilərkən millət vəkilləri konkret problemlərə
diqqət çəkmişdilər. O vaxtkı millət vəkili Mübariz Qurbanlı əmlak
vergisinin müxtəlif strukturlardan – mənzil fondu, mənzil istismarı
sahələrinə və ya özəl şirkətlərin tikdiyi yeni binaların tərkində
yaradılan qurumlardan danışmışdı. Ziyad Səmədazadəyə sual
etmişdi ki, bundan sonra əmlak vergisini kim ödəyəcək – vətəndaş, yoxsa
kommunal xərclər adı ilə vətəndaşdan yüksək tariflərlə pul yığan şirkət?
Hələ 6 ay öncə Ziyad Səmədzadə bu sualı qanunun layihəsinin
müzakirəsində cavablayarkən bu məsələni mürəkkəb adlandırmışdı. O,
ölkənin mənzil kommunal təsərrüfatında ciddi islahatların aparılmasına
ehtiyac olduğunu, özəl şirkətlərin tikdiyi binalardakı qurumlardakı
problem vurğulamışdı. Ardınca da əlavə etmişdi ki, hələlik bu haqda qəti
söz deyə bilməyəcək: В«Çünki bundan ötrü müvafiq araşdırmalar
aparılmalıdır. Hər bir məsələ konkret olmalıdır. Amma bu problem varВ».
YENİ QANUNUN NECƏ TƏTBİQ EDİLƏCƏK…
Bu problemlərin olduğunu layihəni parlamentə təqdim edən komitə sədri
təsdiqləsə də sonda qanuna dəyişiklik qəbul edildi. İndi qanunun
icrasına başlanılıb. Ötən 6 ayda bu problemlər həll edildimi?
Vətəndaşlar vergini banka ödəyəndən sonra onlardan yenidən mənzil
istismarı sahəsi pul almayacaq ki?
İqtisadçı Qalib Toğrul yeni qanundan razıdır. Deyir ki, bəzi suallar
qalsa da əsas məsələ – bələdiyyələrin büdcəsinin artırılmasına görə bu
qanun alqışlanmalıdır: В«Düzdür hələlik əmlakın yerləşməsinə görə vəsait
dəqiqləşdirilməyib. Amma yəqin ki, 1-2 ay ərzində bu məsələlər də həll
olunar. Amma bundan sonra vətəndaş vergini kimə və necə ödəyəcəyi barədə
problemlər də həll olunarВ».
Qalib Toğrulun fikrincə bu qanunun tətbiqindən sonra vətəndaşın ödədiyi
vergi bir baş dövlətin büdcəsinə gedəcək və şəffaflıq təmin
ediləcək.(Azadlıq radiosu
Short URL: http://www.cumhuriyyet.net/?p=15243