Uğura doğru yürüyən “Haralar” Futbol Klubu: 1 il
AFFA-nın bayrağı altında keçirilən liqalarda çıxış edən komandalar arasında xüsusilə seçilən “Haralar” Futbol Klubunun yaranmasından bir il ötür. Bu günə kimi Azərbaycanda çox klubların sənəd üzərində akademiyası fəaliyyət göstərib və göstərir də. “Haralar” klubu isə bu günə qədər Azərbaycanda heç bir Futbol Akademiyasının bacarmadığı işi reallaşdırmaq niyyətindədi. Klubun əsas məqsədi ölkə futboluna yeni ab-hava gətirmək, perspektivli uşaqları üzə çıxarıb futbolumuza bəxş etməkdi. Klubun yaradıcısı “Haralar travel” şirkətinin qurucusu Qəzənfər Aloyev,
hüquq və daşınmaz əmlak üzrə ekspert Xalid Hacıyev və AFFA-nın
C kateqoriya məşqçi Cəfərov Namiq və B kateqoriya ki məşqçi Vladislav Ledayevdir . Şərt deyil ki, hansısa klub PFK adı altında çıxış etsin. Əsas odu, özəl klublarda görülən işlər fayda versin. Bu gün “Haralar” futbol klubununn təsisçisinin də əsas isətəyi odu ki, peşəkar səviyyədə qurduğu iş ölkə futboluna xeyir versin. Əsas məqsəd odur ki, yaxın gələcəkdə yetirmələrimiz Avropa klublarında çıxış etsinlər.
“Haralar” 2019-cu il avqustun 15-də AFFA tərəfindən klub kimi təsdiq olunub. “Haralar” 2019/20 mövsümündə U-12 liqasıında AFFA-nın bayrağı altında çıxış edib və 20 komanda arasında 12-ci yeri tutub. Bir yaşı tamam olmayan komandanın 28 futbolçusu, 3 məşqçisi ( biri qapıçı məşqçisi), idman direktoru, meneceri və həkimi var. Klubun sosial şəbəkələrədə səhifələri, rəsmi loqo və elektron poçtu mövcuddu. Klubun uşaq futbolu ilə bağlı əsas strategiyası bunlardı:
1. Azərbaycan futbolunda gənc və istedadlı uşaqların yetişməsinə dəstək olmaq
2. Qlobal dünyada uşaq futbolu ilə bağlı dünya təcrübəsindən istifadə etmək
3. Uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, Azərbaycan futboluna öz töhfələrini vermələri üçün düzgün təməl strukturunu davam etdirmək
4. Xarici klublarla əlaqə, xarici ölkələrdə turnir və beynəlxalq yarışlarda Azərbaycan bayrağını uçaltmaq
5. Uşaqların sağlam ruhda və möhkəm iradədə böyüməsi üçün şərait yaratmaq
Bildiyiniz kimi, bütün dünyanı COVID-19 virusu bürüyüb. Klubumuz da bu bəladan yan keçməyib. Artıq 2 aydan çoxdu fərdi məşqlər onlayn şəkildə aparılır və karantin müddəti yumuşaldıqdan sonra sosial məsafə saxlanılmaqla parklarda, evlərin həyətlərində məşqlər davam etdirilir. Müntəzəm olaraq klub rəhbəri və idman direktoru uşaqların sağlamlıq və psixoloji durumu ilə bağlı valideynlərdən məlumat alır. İdman direktoru Xalid Hacıyev isə həftədə bir dəfə olmaqla məşqçi və valideynlərlə onlayn konfrans keçirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=152450