“Qayınanam, bacanağım, baldızım və həyat yoldaşım üç uşağımı da götürüb Suriyaya qaçıblar”

13.01.2015 - 01:20

Şəkidə daha bir ailə Suriyaya gedib. Bu dəfə
hadisənin şok effekti doğuran məqamları qadının üç övladını götürərək
Azərbaycanı tərk etməsidir. Rayonun Daşüz kənd sakini İbrahim Məmmədov “Üç nöqtə” qəzetinə açıqlamasında
deyib ki, həyat yoldaşı İŞİD-ə qoşulub: “Qayınanam, bacanağım, baldızım və həyat yoldaşım üç uşağımı da götürüb
Suriyaya qaçıblar. Həyat yoldaşımın qardaşı Suriyada döyüşür, onlar da onun
yanına gediblər. Bilmirəm, uşaqlarımı necə yoldan çıxarıblar. Onları
aldadıblarmı, qorxuzublarmı, bu barədə məlumatlı deyiləm. Amma bildiyim odur
ki, onlar dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək
Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər”.
“Qayınlarım neçə ildir orada döyüşür”

İ.Məmmədovun sözlərinə görə, onun qayınları artıq bir neçə ildir Suriyada
döyüşlərdə iştirak edir: “Qayınanam Şahbanova Qərinə Sədi qızı, bacanağım
Alxasov Daşqın Abid oğlu və baldızım Alxasova Bahar Beydullah qızı mənim
övladlarımı da özləri ilə aparıblar. Amma onlar bunu necə edib, hələ də bilmirəm. Çünki mən 18 aprel 2013-cü ildə
Rusiyaya işləməyə getmişəm. Orada işləyərək ailəmin dolanması üçün pul
göndərirdim.

Ökəmizə isə bu il dekabrın 27-də qayıtmışam. Anam mənə məlumat verdi ki, həyat
yoldaşım Məmmədova Elnurə Beydullah qızı anasının və bacısının təkidi ilə
uşaqlarımı da götürüb onlarla Suriyaya gedib. Böyük qızım – Məmmədova Günay
İbrahim qızının 15, kiçik qızım – Məmmədova Ülkər İbrahim qızının 12, oğlum –
Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var”.

“Yoldaşıma tapşırmışdım ki…”

Şəki sakini bildirib ki, əvvəlcədən böyük qaynı Sahib Şabanovun Suriyada
döyüşlərdə iştirak etdiyini eşidib: “Sonradan isə o,qardaşları Tahir ŞabanovlaRövşən Şabanovu da
özü ilə apardı. Bu barədə biləndən sonra dəfələrlə yoldaşıma tapşırmışdım ki,
birdən, onu da məcbur edərlər, heç yerə getməsin. O isə məni arxayın etmişdi
ki, heç yerə getməyəcək.

Həm də mən arxayın idim ki, atanın icazəsi olmadan heç kəs yetkinlik yaşına
çatmayan uşaqları ölkədən çıxara bilməz. Mən isə həyat yoldaşıma uşaqları ölkə
ərazisindən çıxarmaqla bağlı heç bir etibarnamə verməmişəm. Mən Rusiyaya
gedərkən heç onların pasportu da olmayıb. Bu hadisəni eşidib Azərbaycana
gələndən sonra öyrəndim ki, onlar Bakı şəhəri ərazisində notarius Hüseynov
Səadət Eldar oğlunun əli ilə sənədləri hazırlayıblar”.

“Kəndimizdən
20 nəfərdən çox Suriyaya gedib”

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq
adam Suriyada döyüşür: “Mənim
qayınlarım Türkiyə vətəndaşlarının vasitəsi ilə ora gedib. Baldızım – Həsənova
Esmira Beydullah qızı Türkiyə vətəndaşı ilə evli idi. Onlar Adanada
yaşayırdılar.

Bir neçə il öncə Türkiyə vətəndaşları qayınım Sahib Şabanova da maddi köməklik
göstərirdilər. O, əvvəlcə bir qədər mal-qara aldı. Sonra onları satıb bir ferma
düzəltdi. Sonra fermanı da satıb Suriyaya getdi. Düşünürəm ki, qayınanamgil də
Türkiyədə yaşayan baldızımın vasitəsi ilə Suriyaya gediblər. Dekabrın 28-dən etibarən isə bu məsələ ilə bağlı ölkənin bütün güc
strukturlarına, ölkəmizin Türkiyədəki səfirliyinə məlumat vermişəm. Amma hələ
ki, heç bir reaksiya verən yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15247

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728