Benzinin qalxmasından hökumət nə qədər qazanacaq?
Xəbər verildiyi kimi, dünən Tarif Şurası bəzi yanacaq məhsullarının
qiymətini artırmaqla bağlı qərar verib. Həmin qərara əsasən bu gündən
etibarən Yanacaqdoldurma Stansiyalarında 1 litr Aİ-92 markalı benzin 72
qəpiyə (əvvəlki 70 qəpik), dizel yanacağı isə 1 litri 62 qəpiyə (əvvəlki
qiyməti 60 qəpik) satılacaq.
Yanacağın qiymətinin qalxacağı ilə bağlı
məlumatlar hələ ötən ilin sonlarından gündəmdəydi. Bu barədə xəbərlər də
intensiv şəkildə mətbuatda yer almaqdaydı. Lakin rəsmi qurumlar bu
deyilənləri rədd edərək, heç bir qiymət artım olmaycağını bəyan
edirdilər. Amma gözlənilənlərin tərsi oldu. Və bu hər il bu cür şəkil
alıb.
İndi isə günün ən maraqlı sualı budur ki, benzinin qiymətinin 2 qəpik bahalaşması hökumətə nə qədər qazanc gətirəcək? İlk baxışdan 2 qəpiyin böyük bir rəqəm olmadığı diqqəti çəkir. Lakin gün
ərzində ölkədə istifadə olunan benzin və digər yanacaq növlərinin
həcminə diqqət yetirdikdə, bu pulların böyük məbləğlər təşkil etdiyi
diqqəti çəkir. İlkin hesablamalara görə, qiymətin 2 qəpik
bahalaşması il ərzində hökumətə 65 milyon manat əlavə qazanc gətirəcək.(jam.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15249