Erməni ailəsini güllələyən rus əsgəri tutuldu
Gümrüdə 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməkdə
şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov
Türkiyə ilə sərhəddə yaxalanıb. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, informasiyanı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.
“Şübhəli
bilinən şəxs Türkiyə ilə sərhəddə, hüquq-mühafizə orqanları ilə
sərhədçilərin birgə səyləri nəticəsində saxlanılıb”, – deyə mətbuat
xidmətindən bildirilib.
Xatırladaq ki, polisin
məlumatına görə, yanvarın 12-də səhər Gümrüdə avtomat güllələrindən
eyni ailənin 6 üzvü – Seryoja Avetisyan (1961), Asmik Avetisyan (1959),
Aida Avetisyan (1979), Armen Avetisyan (1981), Araksiya Poqosyan (1990)
və 2 yaşlı Asmik Avetisyan həlak olublar. İlkin məlumatlara görə,
cinayətdə bazanın həqiqi hərbi xidmətdə olan əsgəri Valeri Permyakov
şübhəli bilinir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15250