Əhali üçün daha bir şok: işıq və qazın qiyməti də bahalaşacaq
Azərbaycanda yaxın vaxtlarda
işıq və qazın da qiyməti qalxacaq. Bu məsələ hökumət çevrələrində
müzakirə edlir və yaxın vaxtlarda Tarif Şurası bununla bağlı qərar qəbul
edəcək. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil
olub. Mənbə bildirir ki, neftin dünya bazarında ucuzlaşması
səbəbindən dövlət büdcəsində yaranan kəsiri hökumət təbii inhisarların
xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək istəyir. Bu
baxımdan da ilk növbədə əhalinin istehlak etdiyi enerji resurslarını
bahalaşdırmaq niyyətindədir. Hazırda
1 kVt/saat elektrik enerjisinin qiyməti 6 qəpik, 1000 m3 təbii qazın
qiyməti isə 100 manatdır. Qiymətlərin 20-25 faiz bahalaşması nəzərdə
tutulur.
Yada salaq ki, 12 yanvar 2015-ci
il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti
iclası keçirilmiş və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il
30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə
baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.
Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul
edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil
benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel
yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən
edilib. (istiqlal.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15252