Azərbaycanda koronavirusun ikinci dalğası BU AYDA başlayacaq- AÇIQLAMA

19.08.2020 - 11:35

Avropanın bir neçə ölkəsində koronavirus yoluxmalarında artım müşahidə olunur. Britaniya mütəxəssisləri avqustun sonları və ya sentyabrın əvvəllərində koronavirusun ikinci dalğasının müşahidə olunacağı barədə xəbərdarlıq edir. Onlara görə bunun qarşısını almaq mümkündür, amma risklər istənilən halda qalır. Ölkəmizdə koronavirus yoluxmalarının yenidən artması və ya başqa adla ikinci dalğa mümkündürmü? Digər tərəfdən, son günlər ölkəmizdə yoluxma hallarında yenidən artım qeydə alınır. Bu artım narahatlıq üçün əsas verirmi? Artımın bu tempi təhlükəli həddə yüksələ bilərmi?
Bununla bağlı Sonxeber.az-a ATU-nun dosenti, cərrah Ədalət Rüstəm danışıb: “Gürcüstanda virusun ikinci dalğasının başlandığını demək olar. Qeyd edilən Avropa ölkələrində ikinci dalğanın başlanmasını doğru hesab etmək olmaz. Mövcud pandemiya şəraitini nəzərə alaraq Azərbaycanda da virusun ikinci dalğasının gəlməsini hesab etmək olmaz. Çünki ikinci dalğa payızın sonlarında başlayacaq. Bu mövsümi xəstəliklər başlayan vaxta təsadüf edəcək. Xəstələnmə sayının enməsini ikinci dalğa hesab etmək olmaz. Çünki birinci dalğa hələ Azərbaycanda bitməyib. Xəstələnmə sayı sıfıradək enəndə birinci dalğanı bitmiş hesab etdilir. Oktyabr ayının sonları, noyabr ayının əvvələri Azərbaycanda koronvirusun birinci dalğası bitmiş hesab ediləcək. Sentyabr ayının əvvəllərinədək biz pandemiyada ikirəqəmli saya qədər düşməliyik. Bu rəqəmlərə yaxınlaşma olsa deməli birinci dalğanı bitirdik, olmasa birinci dalğanı bitirmədən ikinci dalğa başlayacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728