Dövlət başçılarının mobil telefonları
kommunikasiya vasitələrindən, o cümlədən mobil qurğulardan aktiv
istifadə edirlər. Prezident və baş nazirlər xüsusilə “ağıllı telefon”
sayılan smartfonlara meyl edirlər. Və bu zaman telefon elektronikasının
aparıcı brendlərindən yararlanırlar.
saytı xarici KİV-lərin məlumatları əsasında dünya liderlərinin günədlik
və iş həyatında isitfadə etdikləri mobil telefonlarla bağlı yazı
hazırlayıb.

Amerika xüsusi xidmət orqanlarının Almaniya kanslerinin telefonunu
izləməsi ilə bağlı qalmaqal dünya gündəmində 1 nömrəli xəbər idi. Amma
bu xoşagəlməz insident xanım Merkelin mobil telefondan isitfadə etmək
planlarına mane olmayıb. Hazırda kansler 2 telefondan istifadə edir. O
sədri olduğu Demokratik-Xristian İttifaqı Partiyasının üzvləri ilə
danışarkən adətən “Nokia6260 Slide” markalı telefondan istifadə edir.
Dövlət və beynəlxalq əhəmiyyətli zənglər üçün isə “BlackBerry Z10”
smartfonun xidmətlərindən yararlanır.
Kanadanın “BlackBerry” şirkəti ABŞ-la sıx əməkdaşlıq edir. Şirkət
Pentaqona, Dövlət Departamentinə və Ağ Evə tədarük etdiyi smartfonların
informasiya təhlükəsizliyi və konfidensiallığına təminat verir. Təsadüfi
deyi ki, ölkə prezidenti Barak Obama da onun təhlükəsizliyini təmin
edən xüsusi xidmətin məsləhəti ilə “BlackBerry Curve 8900” markalı
smartfondan isitfadə edir.
iPhone-dən istifadə etməyə icazə vermirlər”-deyə müsahibələrindən
birində Amerika prezidenti etiraf edib.


Şimali Koreya lideri Kim Çen In dünyanın ən qapalı dünya başçılarından
hesab olunur. Bununla belə, 2013-cü ildə Şimali Koreya Milli
Təhlükəsizlik Şurasının iclasından yayılan fotolarda Kim Çen Inın mobil
qurğudan istifadə etdiyi əks olunmuşdu. Həmin qurğunun daha çox Tayvanın
HTC şirkətinin istehsal etdiyi “HTC Desire” smatrfonlarına bənzədiyi
vurğulanırdı. Sonradan Şimali Koreya KİV-ləri Kim Çen Inın ailə üzvləri
və partiyadaşları ilə əlaqə saxlamaq üçün doğurdan da mobil aparatadan
isitfadə etdiyini təsdiqləsələr də, həmin aparatın adını çəkməkdən
imtina etmişdilər.

İtaliyanın baş naziri Matteo Renzi isə “Apple” şirkətinin fanatı hesab
olunur. O hətta bir dəfə şirkətin təsisçisi olan Stiv Cobsu “müasir
dünyanın Leoanrdo Da Vinçisi” adlandırmışdı. Hazırda Renzi “iPhone 6”
markalı qadjetdən istifadə edir.
edir. Onlardan ikisi mobil qurğular bazarının liderləri olan “Apple” və
“Samsung” şirkətlərinin məhsuludur. Lakin bu aparatlar nazirin şəxsi
mülkiyyəti deyil və dövlət tərəfindən siyasi danışıqlar üçün istifadə
olunur. Nəvaz Şərif şəxsi danışıqlarda özünə məxsus “BlackBerry 8830
World Edition” markalı telefondan istifadə edir.


üstünlük verir. Olland şəxsi telefonu olan “iPhone 6” vasitəsilə ailə
üzvləri ilə əlaqə saxlayır. Bu telefon sırf onun şəxsi danışıqları üçün
nəzərdə tutulub və xidməti danışıqlarda istifadə olunmur.
ki, Ollandın prezidentlik kürsüsündəki sələfi Nikola Sarkozi telefon
danışıqlarının dinlənilməməsi üçün xüsusi təhlükəsizlik sisteminə malik
“Teorem” telefonlarından istifadə edirdi. Lakin böyük ölçüləri və
danışmaq üçün hər dəfə 30 saniyəlik fasilə gözləməyi tələb edən bu
telefon prezident tərəfindən geri verilmişdi. Sarkozi səlahiyyət müddəti
başa çatana qədər “BlackBerry” markalı telefondan istifadə edib.

mənim mobil telefonum olsaydı, zənglərdən bir saniyə olsun
susmazdı”-deyə prezident açıqlamlarından birində şikayətlənmişdi. Amma
2011-ci ildə Vladimir Putini Çinin ZTE kompaniyasının istehsal etdiyi
“MTS-Glonass 945” telefonu ilə görüntüləmişdilər. “Apple” şirkətinin
“iPhone 4” androidinin funksiyalarını təkrarladığı deyilən qurğu Rusiya
bazarında populyarlıq qazana bilmədi. Rusiya prezidenti Vladimir Putin
isə bir daha “MTS-Glonass 945” telefonu ilə görüntülənmədi.
“Apple” həvəskarı sayılırdı. O, şirkətin həm smartfonundan, həm də
planşetlərindən aktiv isitfadə edirdi. Lakin Qərblə Ukrayna böhranına
görə soyuyan münasibətlər baş nazirin də ABŞ-a məxsus “Apple” şirkətinin
məhsullarından imtina etməsinə səbəb oldu. Hazırda Dmitri Medvedev
Rusiyanın Çinlə birgə istehsalı olan “Yota Devices” smartfonlarından
istifadə edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15253