Bakı məktəbində ölüm
Bakıda orta məktəbdə müəllimə
dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün günorta
saatlarında qeydə alınıb.
Sabunçu rayonu Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin müəllifi qəfildən vəfat edib. Adıçəkilən məktəbdən ANS PRESS-ə
verilən məlumata görə, vəfat edən Təranə Muradova ibtidai sinif
müəlliməsi olub. 34 yaşlı müəllimə 2006-cı ildən məktəbdə çalışıb.
“Müəllim uşaqları evə yola salandan
sonra yoldaşları ilə söhbət edib. Qəfildən o özünü pis hiss edərək
yıxılıb. Təcili yardıma xəbər verilsə də müəllimə keçinib”. Mərhumənin valideynləri müəllimənin ürəyində uşaqlıqda problemlər olduğunu deyiblər. T.Muradova subay olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=15254