“Heç vaxt SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacağıq” – İslam Kərimov
APA-nın 12news.uz-a istinadən xəbərinə görə, bu bəyanatla Özbəkistan
prezidenti İslam Kərimov ölkənin yeni seçilmiş parlamentinin aşağı
palatasının ilk iclasında çıxış edib.
Onun sözlərinə görə, hazırda bəzi ölkələrdə ittifaq dövlətinin keçmiş sovet sisteminə qayıdış cəhdləri müşahidə olunur: “Bəzi
xarici telekanallarda Lenin və Stalin çağlarının, SSRİ dövrünün
təriflənməsi nəzərə çarpır. Biz bu cür yanaşmanı qəbul edə bilmərik.
Bizim xalqın istəklərinə cavab verən öz yolumuz var. Bir daha qeyd etmək
istəyirəm ki, bu cür keçmişə qayıdış olmayacaq”.
İ.Kərimov Özbəkistanın Avrasiya İttifaqına və Gömrük İttifaqına
qoşulmayacağını, eləcə də hərbi-siyasi bloklara üzv olmayacağını bəyan
edib: “Özbəkistan ərazisində hərbi baza və obyektlər də
yerləşdirilməyəcək. Bunu 2012-ci ildə qəbul edilmiş ölkənin xarici
siyasət fəaliyyətinin konsepsiyası da diktə edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15259