Dağıstan prezidentinin qardaşı Azərbaycanla qaçaqmalçılıq əlaqələrinə görə həbs edildi
Xidməti İdarəsinin rəhbəri Rəcəb Abutalıbov hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb.
“kavkazpress.ru”ya istinadən xəbər verir ki, hazırda prezidentin qardaşı
haqda araşdırmaya başlanılıb. “Böyük Alveç” ləqəbi ilə tanınan
Abutalıbov sifarişli qətllər, xüsusən də xarici ölkələrdən, o cümlədən
Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə spirt daşınmasında və digər
fırıldaqlarda vasitəçi rol oynamaqda ittiham olunur.
olub ki, Dərbənd şəhərinin “kriminal sahibi” kimi tanınan əslən
azərbaycanlı Rafiq İdrisov (“Krot”) Rusiyada hazırlanmış adı ilə spirtin
Azərbaycandan bu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və
sənədləşdirmə işlərinin aparılmasını həyata keçirib.
bunun üçün Rəcəb Abutalıbov da daxil olmaqla bir sıra məmurların
yardımından istifadə edib və onlar arasında nüfuz qazanıb. İdrisov
Abutalıbovun vasitəçiliyi ilə yaxın adamlarını yüksək vəzifələrə təyin
etdirməyə də cəhd edib.
spirtin kontrabanda yolu ilə daşınması isə Nəriman Əliyev adlı şəxsə
məxsus firma vasitəsilə həyata keçirilib. Əliyev qeyri-leqal əməliyyatla
bağlı danışmaq istədiyini bildirdikdə isə İdrisov 2007-ci ildə Nərimanı
və həyat yoldaşını qətlə yetirir.
Moskva işin üstünü açdıqdan sonra Dağıstana istintaq briqadasını
göndərir, bütün təşkilatçı və icraçılar saxlanılsa da “Krot” Azərbaycana
oradan da İsrailə qaçmağa müvəffəq olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15261