Ermənilər ayağa qalxdı: “Putin, üzr istə və hərbi bazaları çıxar!”
Ermənistanın Gümrü şəhərinin sakinləri
dünən bir ailənin 6 üzvünün Rusiyanın buradakı 102-ci hərbi bazasının
hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən
insidentə etiraz olaraq şəhərin əsas meydanında kütləvi aksiya
keçiriblər.
Bu saatlarda isə daha bir etiraz aksiyası ondan da
izdihamlı çəkildə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında
keçirilir.
Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti
Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və
Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb
edirlər.
Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə
yetirməkdə şübhəli bilinən və Ermənistan-Türkiyə sərhədində, Bayandur
kəndi yaxınlığında Rusiya sərhədçiləri tərəfindən tutulan hərbçi Valeri
Permyakov Rusiyanın 102 saylı hərbi bazasının rəhbərliyinə təhvil
verilib.
O, həqiqətən də qətllər törətdiyini etiraf edib.(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=15265