Futbolçu meydançada “doğdu”

13.01.2015 - 16:20

İslandiyada bir futbol matçında qeyr-adi qol sevinci yaşanıb.

ANS PRESS-in məlumatına görə, “Stjarnan” klubunun futbolçu atdığı qoldan
sonra topu formasının altına qoyub və doğuş edəcəkmiş kimi yerə uzanıb.
Komanda yoldaşları isə topu formanın altından çıxarıb sevinclə
azarkeşlərə göstərib.

Futbolçuların bu qol sevinci azerkeşləri bir xeyli heyrətləndirib.
Sevinclə təəccübü bir arada yaşayan azarkeşlər bu qol sevincinə görə
futbolçuları alqışlayıblar.

Qeyd edək ki, futbol tarixində bu cür qəribə qol sevincləri çoxdur.
Braziliya yığmasının futbolçusu Bebetonun 1994-cü il Dünya Kubokunda
Hollandiyaya atdığı qoldan sonra etdiyi beşik yelləmə hərəkəti isə ən
gözəl qol sevinci kimi xatirələrə həkk olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728