Rus ordusu qüdrətini artırır
Rus ordusu bu il arsenalına 700 zirehli avtomobil, 1555 müxtəlif
avtomobil, 126 təyyarə, 88 helikopter, iki “İsgəndər-M” raket kompkelsi,
iki ualtı qayıq və beş hərbi gəmi əlavə edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey
Şoyqu bildirib. Ancaq bununla belə Rusiya ordusu 2016-2025-ci illər
ərzində silahını tam yeniləməyi nəzərdə tutmur.
Qeyd edək ki, Rusiya ordusu dünyanın ən güclü 2-ci ordusu sayılır.
Əhalisi 143,1 milyon nəfər olan Rusiyada ordunun şəxsi heyəti 1 milyon
nəfərdir, ehtiyat: 20 milyon nəfər, hərbi texnika: 9 mindən çox, dəniz
texnikası: 233, aviasiya: 2747, ordunun büdcəsi: 74 milyard ABŞ
dollarıdır.
Dünyanın ən qdrətli ordusu isə ABŞ qoşunu sayılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15267