Azərbaycanlı zənginlər mülk almaq üçün Çexiyaya axışır

13.01.2015 - 17:30

Ucuz ipoteka kreditləri, habelə xaricilərin artan marağı Praqada mənzil satışı bumuna səbəb olub.
Virtualaz.org saytı Çexiya KİV-lərinə istinadən xəbər verir ki, ötən il Praqada mənzil satışında rekord qeydə alınıb.
Xəbərdə
deyilir ki, Çexiya paytaxtına mənzil almaq üçün axın edənlərin arasında
imkanlı Azərbaycan vətəndaşları da üstünlük təşkil edir.
Çexiya
mətbuatı yazır ki, keçmiş sovet respublikalarından olanlar əvvəllər də
bu ölkədə hər il yüzlərlə mənzil alırdı. Ötən il isə onların sayı kəskin
artıb.
Rieltorlar ötən il Praqada 5950 yeni
mənzil satıblar. Bu, 2008-ci ildə başlayan qlobal böhrandan əvvəlki
satış həcmindən çoxdur. Keçmiş sovet respublikaları vətəndaşları
Çexiyada həm yeni, həm köhnə mənzilləri alırlar.
Daşınmaz
əmlak şirkətlərindən birinin icraçı direktoru Aleksandra Krabçova deyir
ki, ötən il mənzil almaq üçün axın edənlərin arasında ruslar çoxluq
təşkil edib. Çünki ruslar rublun ucuzlaşmasını görərək əllərindəki
kapitalı xaricdən mənzil almağa yatırırılar.
A.Krabçova xaricilərin Çexiyadan mənzil almasının ölkəyə sərfəli olduğunu deyib. Çünki belələri ölkə büdcəsinə vergi ödəyirlər.
“Century
21” daşınmaz əmlak agentliyi isə Rusiyadan və digər keçmiş sovet
respublikalarından Çexiyada mənzil almaq üçün tələbatın dəfələrlə
artdığını qeydə alıb.  Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və
Belarusdan olanlar Çexiyadan mənzil alan xaricilər arasında ikinci ən
iri qrupu təşkil edirlər. Gözlənilir ki, keçmiş sovet respublikalarının
sakinlərinin Çexiyadan mənzil alması bu il daha da artacaq.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Britaniyadan mənzil alan xaricilər arasında da ilk sıralarda yer alırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=15276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728