Harada ki, rus əsgəri var…
Paris olayları və onların mümkün sonuclarına diqqət kəsilmişkən,
Ermənistan da öz yasına batıb, özünün “7 yanvarı”nı yaşayır. Nədən
söhbət gedir?
12-də, səhər (bu da çox maraqlıdır, niyə məhz səhər?) Gümrüdəki 102
saylı hərbi bazanın sıravi əsgəri Valeri Permyakov 2 yaşlı körpə də
daxil, şəhərdəki 7 nəfərlik erməni ailəsinin 6 üzvünü qətlə yetirərək
qaçıb. Olay erməni toplumunu şoka salıb, Serj Sərkisyanın yanında
fövqəladə toplantı olub, “Ruslar təhlükəsizliyimizi qoruyur, yoxsa bizə
təhlükədir” kimi şüarlarla etiraz aksiyaları keçirilib, hətta bazanın
ölkədən çıxarılması tələbləri səslənib.
“Özü yıxılan ağlamaz”. Bazanın Ermənistandan çıxarılmasını da Sərkisyan
rejimi ağlının ucundan belə keçirməz. Nədən ki, rus hərbçiləri əhalinin
qarantı olmasa da, Ermənistan dövlətinin formal varlığının əsas
şərtidir. Bu və yalnız bu…
nəzər salsaq görərik ki, rus əsgəri heç yerə, heç bir diyara
əmin-amanlıq, rifah gətirməyib. Harda rus ordusu var, hansı torpağı rus
çəkməsi döyəcləyir – orda qan-qada, başıpozuqluq, gərginlik,
nizamsızlıq, tənəzzül hökm sürür. Elə Rusiyanın özündə də.
səbəbə dünyanın heç bir guşəsində nə Moskvaya, nə də onun ordusuna inam
mövcuddur. Bu ordu heç vaxt xilaskar sayılmayıb. Hətta faşizm
Almaniyası üzərində qələbə sayəsində də rus-sovet ordusu bu adı qazana
bilmədi. Ona görə ki, Moskva “azad elədiyi” Avropa ölkələrində (Şərqi
Avropa dövlətləri, Şərqi Almaniya -ADR) ta Sovet İttifaqı süqut edənədək
“xilaskar” ordu saxladı. Yoxsa ruslar hələ də orada idilər.
canı odur ki, ruslar üçün hansısa ərazini azad eləmək anlayışı yoxdur,
işğal, ilhaq anlayışı var. Və onlar buna artıq “böyük millət” kimi
əsrlərdir vərdiş ediblər, bunu “öz halal haqları” hesab edirlər. Son
olaraq Krımın timsalında bütün çılpaqlığı ilə bunu gördük: dünya bir
tərəfə oldu, Rusiya bir tərəfə; Putin və dəstəsi utanıb-qızarmadan
ayağını dirədi ki, “bu ilhaq, işğal yox, ədalətin bərpasıdır”.
ikinci ilə adlayan Qərb-Rusiya qarşıdurmasının da, dünya təhlükəsizlik
sisteminin böhrana düşməsinin də qayəsində müstəsna olaraq bu amil
dayanır – rusların tarix boyu işğalı “azad etmə” kimi qavraması. Bunun
altını çəkən bölgələrdən biri də bizim regiondur.
ordusunun Azərbaycandan və Gürcüstandan çıxmasının bu iki ölkəyə nəyin
hesabına başa gəldiyi məlum – Azərbaycan və Gürcüstanın böyük bir
parçası 20 ildən çoxdur, faktiki, Kremlin nəzarətindədir. Gör, indi rus
hərbçiləri, regionda sonuncu rus hərbi bazası cırtdan Ermənistanın
ərazisini zor-xoş tərk eləməli olsa, sonuncu hansı bəlalara tuş
gələcək.
Gürcüstanın müəyyən əraziləri Rusiyanın kontrolundadırsa, Ermənistan
bütövlükdə şimal qonşumuzun quberniyasıdır. Ancaq ermənilər üçün
məsələnin faciəvi tərəfi də elə budur. Hər necə olmasa, Bakı və Tiflis
öz müstəqilliklərini pis-yaxşı əldə edib. Ermənistan isə gerçək
müstəqilliyi üçün 100 qat çox itki verməli olacaq. İstisna deyil ki, bu
itkilər heç yetərli olmasın və “erməni dövlətçiliyi” günün birində yox
olub getsin.
qat-qat yaxşı və məntiqli olardı. O zaman bizim də, gürcülərin də,
regionun digər aborigen toplumlarının da canı qurtarardı. Çünki 200
ildir Güney Qafqazda sülhə, köklü xalqların normal tərəqqisi və
inteqrasiyasına əsas əngəl məhz könüllü şəkildə rusun maşası missiyasını
öz üzərinə götürmüş, onun altına yıxılmış ermənilərdir. Nəticə
etibarilə nə özlərinə gün ağlaya biliblər, nə də qonşu toplumlara imkan
veriblər ki, rahat yaşasınlar.
çöküşündən sonra da eyni rəzil “missiya” davam edir. Hələ üstəlik, 5
çömçə artıqlaması ilə. Çünki Gümrüdəki hərbi baza təkcə bölgənin deyil,
indi qonşu Türkiyənin də üzərində “Domokl qılıncı” hesab edilir. Demək,
Gümrüdəki 12 yanvar qətliamı hələ yalnız jurnaldır. Ən yaxşı halda
erməni xalqına xəbərdarlıq mesajıdır ki, “ay bədbəxtlər, ayılın və nə
qədər gec deyil başınıza çarə qılın: siz böyük barıt çəlləyi üstündə
oturmusunuz və bu çəlləyin fitili də Kremlin əlindədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15281