Hindistanda koronavirusa yoluxanların sayı 3 milyonu ötdü
Hindistanda son sutka ərzində daha 69 239 nəfər koronavirusa yoluxub, 912 ölüm faktı qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə və Ailə Rifah Nazirliyi yayıb.
Bildirilib ki, bununla da virusa yoluxanların ümumi sayı 3 044 940 nəfərə, pandemiya qurbanlarının sayı isə 56 min 706-ya çatıb.
İndiyədək 2 280 566 nəfər xəstəlikdən sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=152815