Azərbaycanda QİÇS-in ən çox yayıldığı şəhər və rayonlar… – Siyahı

13.01.2015 - 20:41

Azərbaycanda İİV-QİÇS infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən
“Trend”-ə verilən məlumata görə, ölkə üzrə İİV-in ən çox yayıldığı
ikinci rayon Haçıqabul, üçüncü rayon isə Astaradır. Siyahıda Lənkəran 4,
Sumqayıt 5, Yevlax 6-cı yeri tutur.

Siyahıda ilk yeri tutan Şirvanda 386 nəfər İİV-ə yoluxan insan var
ki, onun 311-i kişi, 75-i qadındır. Bu şəhərdə əhalinin hər 10 min
nəfərindən (əhalisinin sayı 80 900 nəfərdir) 47,7 nəfəri İİV-ə yoluxan
insandır.

Hacıqabulda 150-si kişi, 41-i qadın olmaqla, 191 İİV-ə yoluxmuş insan
qeydiyyata götürülüb. Bu rayonda əhalinin hər 10 min nəfərindən
(əhalisinin sayı 69 100 nəfərdir) 27,6 nəfəri İİV xəstəsidir.

Astarada 161 kişi, 44-ü qadın olmaqla, 205 İİV-ə yoluxan insan var.
Əhalisinin sayı 101 200 nəfər olan Astarada əhalinin hər 10 min
nəfərindən 20,3-ü İİV-li xəstədir.

Siyahıda 4-cü yeri tutan Lənkəranda 353 İİV-ə yoluxan insan var.
Onların 284-ü kişi, 69-u qadındır. Burada hər 10 min əhaliyə (əhalisinin
sayı 215 800 nəfər) düşən İİV-li xəstələrin sayı 16,4-dür.

Siyahıda 5-ci yeri tutan Sumqayıt şəhərində İİV-li xəstələrin sayı
adları qeyd edilən rayon və şəhərdəki xəstələrin sayından çox olsa da,
burada əhalinin hər 10 min nəfərinə düşən xəstələrin sayı həmin
ərazilərlə müqayisədə azdır. Bu şəhərdə 492 İİV-ə yoluxan xəstə
qeydiyyata götürülüb. Onun 395-i kişi, 97-si qadındır. Əhalisinin sayı
325 200 nəfər olan Sumqayıtda əhalinin hər 10 min nəfərinə düşən İİV-li
xəstələrin sayı 15,1-dir.

Siyahıda 6-cı yeri tutan Yevlaxda 99-u kişi, 30-u qadın olmaqla, 129
İİV-li xəstə qeydiyyata götürülüb. Əhalisinin sayı 122 300 nəfər olan
Yevlaxda əhalinin hər 10 min nəfərindən 10,5-i İİV-li xəstələrdir.

Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin
yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə
əlaqəlidir.

Paytaxt Bakıya gəldikdə, Mərkəzdən bildirilib ki, Bakı əhalisinin
sayı çox olduğundan İİV-ə yoluxma göstəricisi çox da yüksək hesab
edilmir. Bakıda 903-ü kişi, 239-u qadın olmaqla, 1142 nəfəri İİV
infeksiyasına yoluxub. Paytaxt əhalisinin hər 10 min nəfərindən 5,3
nəfəri İİV infeksiyasına yoluxub.

Ökədə İİV-in ən az yayıldığı ərazilər isə Biləsuvar və Naftalan
rayonlarıdır. Biləsuvarda cəmi 7, Naftalanda isə 1 nəfər İİV-ə yoluxan
xəstə kimi qeydiyyatdadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728