Ziyarətgahların qoyun biznesinə kim baxır?
“Əli ayağı”nda fırıldaqçı qaydalarla qaz vurub qazan doldururlar
gedənlərin sayı-hesabı da yoxdur. Heç bu ziyarətgahlara gedənlərin
sayını, statistikasını aparan, açıqlayan məlumatlara da rast gəlməmişik.
Əslində müqəddəs yerləri ziyarət edənlərin statistikasının bəlkə də
sosial əhəmiyyəti olmazdı. Ancaq bu, sosial yönümündən başqa, həm də
iqtisadi amillərlə bağlıdır.
böyük əksəriyyətinin üz tutduğu məkanlardır. Bir çox insanlar həmin
yerlərə həm də niyyət tutub nəzir aparır, qurbanlıq heyvanlar kəsir. Bəzən
elə kəsdikləri qurbanlıqları da həmin ziyarətgahlarda saxlanmasına və
ya orada toplaşan aztəminatlı, kasıb şəxslərə paylamağa üstünlük
verənlər də var. Bununla kəsdikləri qurbanlığın savabının daha da
artacağını düşünürlər.
Qurban kəsənlərin savab qazanmaq niyyəti bəllidir. Bu məsələdə
qurbanlıqdan xeyir götürmək, В«qazan doldurmaqВ» istəyənlərin olması isə
heç cür başa düşülən deyil. O da sirr deyil ki, bir çox ziyarətgahların
öz ərazisində və ya yaxınlığında qurbanlıq heyvan satışı da təşkil
olunur. Bu, insanların əziyyət çəkməməsi, şəhərin müxtəlif
yerlərindən diri heyvanı alıb özləri ilə gətirməmələri üçün çox
rahatdır. Ancaq əhalinin tam rahatlığı onda olardı ki, həmin
ziyarətgahlarda satılan heyvanların qiyməti bazar qiymətinə münasib
olsun…

Buzovnada yerləşən el arasında В«Əli ayağıВ» adlandırılan və əhalinin
böyük kəsiminin ziyarət etdiyi məkanda da diri qurbanlıq heyvanlar
satılır. Magistral yoldan nisbətən kənarda, həm də ətrafda diri
heyvanların satış yerlərinin olmamasına görə, burada qoyun satşının
təşkili müsbət təşəbbüsdür. Gəl ki, satılan heyvanın qiymətindən böyük
qazanclar əldə etmək niyyətləri olmayaydı…
ziyarətgahında diri qoyunların dəyərindən baha satılmasından gileylənir.
В«Əlbəttə, ziyarətə gedən, qurban boyun olan şəxslər heyvanın qiymətini
çox da çək-çevirə salmırlar. Adi bazarlıqdan fərqli olaraq, mümkün qədər
В«qiymət öldürməyəВ» meyl etmirlər. Adətən, digər ziyarətgahlara yaxın
yerlərdə, (məsələn, Şüvəlanda В«Mirmöhsün AğaВ» ziyarətgahı yaxınlığında)
bazardakı qiymətdən uzağı 5-15 manat bahasına heyvanlar təklif olunur.
Sən də fikirləşirsən ki, şəhərdə heyvan bazarından qoyunu alıb, maşının
yük yerində bura gətirməkdənsə, yaxından azca baha qiymətə almaq daha
rahatdır. Lakin Buzovna ziyarətgahında vəziyyət fərqlidir. Əvvəla,
heyvanın çəkisində aldanırsan. Necə? Məsələn, sən 10 və ya 15 nəfərə
paylanmaq üçün qurbanlıq heyvan kəsdirmək istəyirsənsə, paylara uyğun
çəkidə də heyvan seçməlisən. Ancaq burada təklif olunan heyvanın
kəsilib-təmizləndikdən sonra qalan təmiz əti deyiləndən çox az olur.
Əsas da odur ki, satılan heyvanın qiyməti dəyərindən kifayət qədər
yüksəkdir. Çox adamlar bura gəlir. Ziyarətgah ərazisidir deyə,
bazarlaşmağa ürək eləmir. Heyvan satan, biri-birini В«məşədiВ»,
В«kərbəlayiВ» çağıran şəxslərin də В«qurbanlıq heyvanı çəkməzlərВ»,
В«qurbanlıqla bazarlıq etməzlərВ» kimi təkidli məsləhətləri ilə deyilən
qiymətlə razılaşırsan. Əsas məsələ həmin o В«qurbanlıqla bazarlaşmazlarВ»
tövsiyəsidi. Heyvan almaq, müxtəlif niyyətlərlə nəzir kimi kəsilən əti
paylamaq istəyən şəxs В«qurbanlıq alıramВ» deyə, özünü В«tox tutmağaВ»
çalışır. Bu vəziyyətdən isə işbazlar istifadə edirlər. Heyvan kəsiləndən
sonra, nəzərdə tutulduğundan çox kiçik olduğu, dəyərindən isə çox baha
çıxdığı bəlli olur. Etiraz edən olsa da, satıcı bu dəfə В«bizlik deyil,
qiymətlər belə qoyulub. Hacı belə qayda qoyubВ» – deyə, heyvanın
sahibinin ünvanını göstərir. Bayaqdan, В«öz heyvanımızdır, halallıq üçün
üstünə pul qoymuruq deyənВ» satıcı, etiraz edənə – В«vallah, bizlik deyil,
hacı belə qiymət qoyubВ». Əsas da bəhanə odu ki, heyvandı da, biri az ət
verir, biri çox ət verir – deyirlər.В»
də yaxşı hal deyil. Bəlkə də В«qurbanlığı çəkməzlər, pulunu saymazlarВ»
deyib, biz də üstündən keçə bilərdik. Necə ki, çoxları bunu edir. Ancaq
niyə? Axı halallıq təkcə alıcı üçün deyil, satıcı da bunu gözləməlidir.
Ələlxüsus, satıcı, yəni pul qazanan şəxs həmin pulun halal olmasını
düşünməlidir. İnsanların inanıb gəldiyi yerdə aldadılması isə heç
qəbuledilən deyil. Doğrudur, heç kəs belə vəziyyətdə qarşıdurmaya getsin, В«hacını çağırın gəlsinВ» deyib, haqq-hesab çəkmək istəmir. Bəs vicdan?
Kimin halallıq alması, kimin başqasının haqqına girməsini isə Uca Yaradan bilir. Allah hər kəsi artıq tamahdan saxlasın!
salmağımız təsadüfi deyildi. Hər heyvanı dəyərindən 50-60 manat, bəzən
daha baha satan işbazların həmin məbləğləri müqəddəs məqsədlərə
xərclədiyini düşünmək çətindir. Gün ərizində azı 10-15 heyvanın hər
birindən artıq bu qədər pul götürülürsə, aylıq, illik dövriyyə kifayət
qədər ciddi rəqəmə çevrilir. Burada aşkar surətdə kimlərinsə pul
qazanmaq hərisliyi görünür. Bəs bu yerlərin fəaliyyətinə nəzarət edən
qurumlar, aidiyyəti şəxslər buna nə deyir? Qafqaz Müsəlmanları İdarəsi,
yəqin ki, burada dini ayinlərin icrasına rəhbərlik edən şəxslərin,
dindarların fəaliyyətində belə neqativ amilləri heç bəyənməz…İllah da
ki, qurbanlıq qoyunlardan xeyir götürmək çoxsaylı insanların bəyənmədiyi
haldırsa…
ərazilərdə “qurbanlıq qoyunlar”ın satışını təşkil edən(lər)in kimliyi
məsələsidir. Bunu biznesə çevirən hər kimdirsə, iş adamı (yaxud işbaz da
demək olar-red.) kimi fərasətlidir. Satıcıların müxtəlif yerlərdə olsa
da qiymətlə bağlı sual – narazılıq olanda, “biz xırda adamıq, kimik ki,
qiyməti hacı qoyur” deməsindən belə çıxır ki, bu işə rəhbərlik edən(lər)
var. Onun adı Hacıdır, yoxsa Məkkəyə ziyarətə gedib-gəldiyinə görə
“Hacı” deyirlər, bu da bir sualdır. Satıcıların müraciət formasından
adama hörmət əlaməti olaraq “Hacı” deyildiyi anlaşılır. Müxtəlif
yerlərdəki biznesin rəhbəri eyni “Hacı”dır, yoxsa fərqli adamlardır – bu
da araşdırılmalı mövzudur…(analitik.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15285