Azərbaycanda imperalist qüvvələrə qarşı islam təşkilatı yarandı

14.01.2015 - 01:39

“Müsəlman Birliyi Hərəkatı”n təsis olunması münasibəti ilə tədbir keçirilib.  “Müsəlman Birliyi Hərəkatı” təsis olununub. 

“Uca Allahımız Qurani-Kərimdə buyurur: “Hər hansı bir qövm, xalq öz
taleyini, müqəddəratını dəyişməyincə Allahda onların müqəddəratını
dəyişməz”. Məhz Allahın bu dəyərli tövsiyyəsini rəhbər tutaraq bu gün
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və bu dəyərlər
əsasında xalqımızın inkişafı, bir sözlə, xalqımızın əyilmiş
qəddi-qamətinin düzəldilməsi uğrunda uca Allahın adı ilə “Müsəlman
Birliyi Hərəkatı”nın təsis edilməsinə qərar verdik”.
İslamazeri.az xəbər verir ki, bunu  ilahiyyatçı  Elçin Qasımov  Hacı
Tale Bağırovun sədrliyi  “Müsəlman Birliyi Hərəkatı”nın təsis olunması
münasibəti ilə keçirilən tədbirdə deyib. Hərəkatın sədr əvəzi olan
E.Qasımov bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ölkə
daxilində məzhəbindən asılı olmayaraq, bütün inanclı insanları bir
bayraq altında vəhdətə gətirməkdır.
Açılışı dövlət himninin səsləndiriliməsi ilə başlayan tədbirdə
ilahiyyatçı Elçin Qasımov çıxış edərək yeni yaradılan hərəkat haqqında
məlumat verib. Hərəkatın İslam və Milli Məfkurədə Ümmətçilik devizi
altında fəaliyyətə başlamasının birbaşa tarixi kökə bağlı olduğunu
vurğulayıb:  “Hər bir xalqın özünün tarixi köklərinə, mədəniyyətinə,
inancına söykənən milli-mənəvi dəyərləri var. Azərbaycan xalqının
yaşatdığı milli adətlərin demək olar ki, böyük əksəriyyətinin Allahın
insanlığa göndərdiyi sonuncu kamil din olan İslam ənənələri ilə vəhdət
təşkil edir. Millət məfhumu dedikdə,  eyni torpaqlarda yaşayan, eyni
köklərə malik olan, müştərək tarix, mədəniyyət və adət-ənənələri özündə
birləşdirən, əksər hallarda eyni dildə danışan insan cəmiyyəti başa
düşülür. Biz İslam və milli məfkurədə ümmətçilik prinsiplərini tarix
boyu qoruyub saxlayan, milli və dini dəyərləri yaşadan bir xalqıq.
Məfkurə məfhumunu isə  hər millətin öz dəyərlərinə sahib olması kimi
xarakterizə etmək olar. Azərbaycan xalqının bu dinin müqəddəs
dəyərlərini qəbul edərək öz milli dəyərlərinə çevirdiyini və vətənimizdə
yaşayan millətləri İslami prinsiplər əsasında vahid ümmət halında
birləşdirdiyini deməyimiz vacibdir. Bizim milli adlandırdığımız
dəyərlərin bir çoxunun İslamdan qaynaqlandığı , Azərbaycan xalqının
İslam və milli məfkurədə formalaşan bir ümmətik. “Müsəlman Birliyi
Hərəkatının” yaradılmasında  məqsədləri də var. Müsəlman xalqlarına
imperialist qüvvələrin təsir etdiyini və nəticədə millətlərin
mədəniyyətinə, milli kimliyinə mənfi təsirləri  Azərbaycançılıq və
İslami dəyərlərin qorunub saxlanılması istiqamətində hərəkat çox böyük
rol oynayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728