Dərbənd üçün çızılan müdhiş ssenarı

zəbt etdiyi üçün, Azərbaycanla bağlı mühüm bir hadisə sanki bir az
kölgədə qaldı. Düzdür, haqqında söhbət açacağımız hadisə Fransa terroru
kimi faciəvi görsənməsə də, baş verənlərlə bağlı müəyyən addımlar
atılmayacağı təqdirdə, ölkəmiz üçün arzuolunmaz nəticələr meydana çıxara
bilər.
Rusiyanın tərkibində olan Dərbənd şəhərində yaşayan soydaşlarımızla
bağlı narahatedici xəbərlər gəlir. Məsələnin mahiyyətinə varanda məlum
olur ki, dəfələrlə olduğu kimi, bu dəfə də Moskvada oturan maraqlı
qüvvələr Dərbənddə azərbaycanlılar və ləzgilər arasında etnik qarşıdurma
yaratmaq istəyir, son nəticədə azərbaycanlıların öz qədim şəhərlərində
yad elementə çevrilmələri üçün cəhdlər edilir. Bu yöndə olan təxribatlar
son illər tez-tez media səhifələrində yer alır, amma anti-Azərbaycan
təxribatların qısa zaman kəsiyində dalbadal sıralanması, bu hərəkətlərin
vahid mərkəzdən idarə olunduğu qənaətini hasil edir. Məqsəd isə
azərbaycanlıların dədə-baba torpaqları olan Cənubi Dağıstan ərazisindən
çıxarılmalarıdır.
Dərbənd rayonunda azərbaycanlıların vəziyyəti 2014-cü ilin yayından
gərginləşməyə başladı. O zaman Dağıstanın başçısı Ramazan Abdulətipov
Dərbənd rayonunun başçısı, azərbaycanlıların ağsaqqalı Qurban Qurbanovu
vəzifəsindən çıxarmaq qərarını verdi. Onun müdafiəsinə qalxan
azərbaycanlıların kütləvi aksiyalar keçirməsinə baxmayaraq, Qurbanova
təzyiqlər artmağa başladı və nəticədə ötən ilin payızında Qurbanov
könüllü işdən ayrılmalı oldu. O zamandan gərginlik artan xətt üzrə
inkişaf edirdi.
həftə bu gərginlik azərbaycanlılara qarşı növbəti təxribatla öz
apogeyinə çatdı. Sosial şəbəkələrdə Dərbəndin tarixi Şıxsalah
qəbiristanlığında Seyid Mir-Qafar Ağanın sərdabəsinin dağıdılması
xəbərləri yayıldı ki, bu da bu qəbiri müqəddəs ocaq hesab edərək,
ziyarətə gələn azərbaycanlıların qəti etirazı ilə qarşılandı. Dərbənd
azərbaycanlıları hesab edirdi ki, bu vandal əməlin məqsədi şəhərdə etnik
qarşıdurma yaratmaqdır. Maraqlıdır ki, bir müddət əvvəl qəbir daşı
sındırılmış Sovet İttifaqı qəhrəmanı, azərbaycanlı Şəmsulla Əliyevlə
olduğu kimi, Seyid Mir-Qafar Ağanın sərdabəsi təhqir ediləndə də
Dağıstan mətbuatı bu vandallıq aktlarını sanki “görmədi”.
neçə gün sonra daha bir anti-Azərbaycan təxribatı törədildi. Naməlum
şəxslər guya ki, təmir üçün bağlanan Nizami adına bağda şairin heykəli
bükülmüş ağ materiyanı yandırdılar. Və yenə də Dağıstan mətbuatı
susurdu. Amma onlardan fərqli olaraq, Dərbənd azərbaycanlıları bu dəfə
susmaq istəmədilər. Onlar yanvarın 10-da, Moskvanın bu bölgədə
azərbaycanlıların sıxışdırılmasına diqqətini çəkmək üçün aksiya keçirmək
qərarına gəldilər. Şəhərin çoxsaylı problemləri doğrudan da uzun müddət
idi ki, Moskvanın nəzərindən kənarda qalmışdı.
şəxsi və ailəsinin təhlükəsizliyi baxımından adının çəkilməməsini xahiş
etdi. Onun sözlərinə görə, 2015-ci ildə Dərbəndin 2 minillik yubileyinin
qeyd edilməsi çərçivəsində şəhərin bütün mahallarında yenidənqurma və
təmir işləri aparılır: “Maraqlıdır ki, dövlət tərəfindən aparılan bu
tikintilərin layihələrindən azərbaycanlılar yaşayan mahallar kənarda
qalıb. O da bir tarixi faktdır ki, Dərbəndin əsasını elə bu mahallar
qoyub. Abadlıq işləri isə yalnız Dərbəndin mərkəzində aparılacaq. Bundan
əlavə, insanlar pis vəziyyətdə olan yollardan və şəhər rəhbərliyinin
azərbaycanlılar yaşayan məhəllələrinə su çəkdirməsini söz verməsinə
baxmayaraq, bu işi görmədiyi üçün, susuzluqdan əziyyət çəkirlər. Bu
problemlərin üzərinə işsizliyi və korrupsiya amillərini də gəlsək, onda
azərbaycanlıların iş dalınca kütləvi şəkildə Rusiyanın mərkəzi
vilayətlərinə getməsinin səbəbi aydın olur. Odur ki, adıçəkilən
problemlərə insanların hörmətlə yanaşdığı qəbir və heykəllərin təhqir
edilməsi əlavə olunanda azərbaycanlıların susmaq istəməməsi
anlaşılandır”.
yanvarın 10-da aksiya keçirmək istəyi də asan başa gəlməyib: “Azərbaycan
mətbuatı Dərbənddəki problemlər barədə yazmağa başlayan kimi, Moskva və
Mahaçqalada o dəqiqə azərbaycanlıları narahat edən məsələlərlə
maraqlanmağa başladılar. Baş verənləri araşdırmaq üçün Dağıstanın
başçısı Ramazan Abdulətipov öz müavininin rəhbərliyi ilə Dərbəndə
komissiya göndərdi. Nəticə də maraqlıdır: sən demə “Mir-Qafar Ağanın
qəbrində heç bir vandalizm aktı olmayıb, sadəcə məzar daşı aralanıb ki, o
da yerli hakimiyyət orqanları təmsilçilərinin yanındaca bərpa edilib”.
O ki qaldı Nizamının heykəlinə, Ramazan Abdulətipov bildirib ki, Nizami
Dağıstanda da olduqca tanınmış və hörmət edilən bir şairdir və
Azərbaycan mütəfəkkirinin heykəlinə qarşı edilən vandalizm aktı
narahatlıq doğurmaya bilməz. Bundan əlavə, Mahaçqala azərbaycanlıların
sosial-iqtisadi problemlərini həll edəcəyinə söz verməklə, onların
Dərbənddəki aksiyalarının qarşısını almaq istəyirdi. Amma Dərbənd
azərbaycanlıları dəfələrlə verilən boş vədlərdən cana doymuşdular və
yanvarın 10-da aksiya keçirdilər. Aksiya zamanı onlar problemlərinin
əsas səbəbkarlarından biri olan Dərbənd meri İmam Yarəliyevin istefasını
tələb etdilər. Amma hakimiyyətin cavabı nə oldu: mitinqçilərin
qarşısına heç bir hökumət nümayəndəsi çıxmadı. Bundan əlavə, sanki
azərbaycanlıların tələblərinə istehza edərək, yanvarın 12-də Şəhər
soveti deputatlarının iclasında İmam Yarəliyev Dərbəndin başçısı postuna
ikinci müddətə təsdiq edildi. Yəni İmam Yarəliyev daha 5 il müddətində
azərbaycanlıların çoxluq təşkil etdiyi Dərbəndin başçısı olur, amma ən
böyük etnik qrupun heç fikri belə nəzərə alınmır”.
qeyd edib ki, illərdir həll olunmayan sosial-iqtisadi problemlər və
azərbaycanlılara qarşı təxribatlar eyni zəncirin halqalarıdır: “Bizə öz
mədəniyyətimizi qorumağa və təbliğ etməyə belə imkan vermirlər.
Dərbənddə Azərbaycan dram teatrının nə vəziyyətdə olmasına diqqət
yetirən yoxdur. Əvvəllər bizim şəhərin mərkəzində, “Rodina”
kinoteatrının keçmiş binasında teatrımız vardı, amma bir neçə il əvvəl
bu binanı rekonstruksiya adı altında bağladılar. İndi bu rekonstruksiya
illərdir ki davam edir. Əslində, heç bir iş görülmür və tikinti tam
olaraq dayanıb. Dağıstan rəhbərliyində heç kim bizim teatrımızın
vəziyyəti ilə maraqlanmır. Əvəzində İmam Yarəliyev öz hesabına Dərbənddə
ləzgi şairi Süleyman Stalskiyə heykəl qoymağı planlaşdırır. Düzgün başa
düşün, mən bu gözəl şairə heykəl qoyulmasının əleyhinə deyiləm, amma
belə olan halda Dərbənddə doğulan azərbaycanlı mütəfəkkir Mirzə Kazım
bəyə niyə heykəl qoyulmur? Hazırkı Dərbənd rəhbərliyi qəsdən
millətlərarası münaqişə salır, milli yöndə ayrıseçkilik edir, biz
səsimizi çıxaranda isə bizi aranı qatan kimi qələmə verirlər. Ssenari
bəllidir: Bizi kütləvi şəkildə buradan deportasiya etmək istəyirlər.
Görəsən, azərbaycanlıların öz doğma şəhərlərindən çıxarılması prosesi nə
qədər çəkəcək?”
arasındakı münasibətlərin son zamanlar həm siyasi, həm də iqtisadi
baxımdan inkişaf etməsinə baxmayaraq, Dərbəndin aborigen əhalisi olan
azərbaycanlıların kritik vəziyyətdə olması, problemlər məngənəsində
boğulması və müxtəlif milli yönümdə təxribatlara məruz qalması təəssüf
doğurur: “Dağıstan mətbuatında anti-Azərbaycan ritorikası davam edir,
azərbaycanlıların gəlmə olduqları iddia olunur, sosial-iqtisadi və
mədəni problemlərinə biganə münasibət göstərilir, onların siyasi
tələblərinə məhəl qoyulmur: “Bütün bunlar bu günkü Dərbəndin vizit
kartıdır. Bu gün azərbaycanlıların istəyi yalnız onların mədəni
haqlarına hörmətlə yanaşılması, öz dədə-baba torpaqlarında rahat yaşamaq
və işləmək, öz varlıqlarını saxlamaq istəyindən ibarətdir. Yəni buna
görə, bu insanlar küçələrə çıxmalıdırlar? Bəlkə elə indidən
azərbaycanlılar öz şələ-külələrini yığıb, 1987-94-cü illərdə olduğu
kimi, öz dədə-baba yurdlarını tərk etsinlər? Əsla, xeyr. Elə Dərbənddə
milli zəmində münaqişəni qızışdıranların əsas məqsədi də budur.
Azərbaycanlılar buna yol verməyəcəklər. Biz bu dərsi tarixdə bir dəfə
keçmişik”.
Dağıstan Respublikasının rəhbərinin administrasiyası və hökumətinin
mətbuat katibi Dağıstan və Azərbaycan xalqlarının münasibətləri ilə
bağlı bəyanat yayıb. APA-nın yerli mediaya istinadən verdiyi məlumata
görə, bəyanatda deyilir ki, son vaxtlar Azərbaycan və Dağıstan xalqları
arasında inamsızlıq və şübhə yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif
vasitələrə əl atdığı müşahidə olunur: “Tam aydındır ki, heç bir əsası
olmayan bu cür xəbərlərin arxasında milli kimliyindən sui-istifadə
edərək çirkli işlərlə, fırıldaqçılıqla və korrupsiya ilə məşğul olan
insanlar dayanır. Öz vəzifələrindən azad edilən bu şəxslər Dağıstan və
Azərbaycan xalqları arasında mehriban qonşuluq və qardaşlıq
münasibətlərinə xələl gətirmək üçün şayiələr yayırlar. Dağıstan rəhbəri
Ramazan Abdulatipovun dediyi kimi, Dağıstan və Azərbaycan qədimdən ortaq
mədəniyyətə və tarixə malikdir. Heç kəs indiyə kimi sülh və razılıq
şəklində yaşayan bu iki xalqı qarşı-qarşıya gətirməyə nail ola bilməyib
və bilməyəcək”. (bizimyol.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=15292