Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət mexanizmi

14.01.2015 - 03:16
Elxan Hüseynov SDU-da “islahatlar” adıyla universitetin professor-müəllim heyətinə güclü zərbə endirib


Elxan Hüseynov SDU-da “islahatlar” adıyla universitetin professor-müəllim heyətinə güclü zərbə endirib

 

Redaksiyamıza
daxil olan yeni məlumatlarda bildirilir ki, Sumqayıt Dövlət
Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu hələ də
görünmür. Ötən saylarımızda bu mövzuya dair dərc etdiyimiz materiallarda
biz qeyd etmişdik ki, istər korrupsiya hallarına qarşı mübarizəni
həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi
SDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər.
Lakin bu fikri səsləndirdiyimizdən az bir müddət sonra SDU-nun
rəhbərliyinə qarşı lazımi ölçülər götürüldü. Məlum olduğu kimi 2013-cü
ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov
tutduğu vəzifədən azad olundu. Bundan sonra Azərbaycan Respublikası
Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru
vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində
rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət5 mart 2014-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı iləElxan HüseynovSumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Lakin
aradan çox az bir müddət keçdikdən sonra SDU-da yeganə islahatların
məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu.
Öz növbəsində Elxan Hüseynov tərəfindən SDU-da keçirilən “islahatlar”da
universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti
cəlb etdi. Belə ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi
fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx
bağlıdır və orada işlədiyi illər ərzində Elxan müəllim öz
ətrafında kifayət qədər etibarlı komanda toplaya bilmişdi. Aldığımız
məlumatlara görə SDU-ya rektor təyin olunandan dərhal sonraElxan
Hüseynov öz komandasını da buraya gətirmişdir. Bu isə universitetin bir
çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəlib. Halbuki onların
arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə
yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüfdoğurucu hal isə
bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun
dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar
atmadı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni
qiymətlər” də daxil edildi. Həmin redaksiyamıza təqdim olunan
açıqlamalarda da bildirilirdi ki, yeni rektor universitetə təzə
gətirdiyi fakültə və kafedra rəhbərlərinə tapşırıb ki, ilk növbədə
qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən
xəbərdarlıq olunsun. Belə ki, əgər əvvəl imtahan qiymətləri 50 manat
idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100
manat ödəməlidirlər. Yeni aldığımız məlumatlarda isə qeyd olunur ki,Elxan
Hüseynov artıq bu tariflərə də yenidən “baxış keçirib” və nəticədə
qiymətlər daha da qalxıb. Digər tərəfdənn də rektor xaricdən tələbə
transferləri məsələsini də tam olaraq “relsə” qoyub. Bir transferin
qiyməti də 15 min manat məbləğində müəyyənləşdirilib. Bu gün
universitetdə olan mənbələr yenidən bu ali təhsil müəssisəsində
vəziyyətin daha da gərginləşdiyini xəbər verirlər. Həm də mənbələr
təsdiq edirlər ki, universitet rəhbərliyində tənqidə qarşı immunitet
çoxdan yaranmışdır. Əlbəttə, haram yolla sərvət qazanmağa aludə olanlar
nəinki özgələrinin, hətta öz vicdanlarının səsini belə qulaq ardına
vurmaqda çox mahir olurlar. Nəzərə almaq lazımdır ki, bu ali təhsil
müəssisəsində gedən proseslər ölkənin bir çox informasiya vasitələri
tərəfindən diqqətlə izlənilir. Bir tərəfdən SDU-da yer almış “adi”
korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan
intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən
məqamların araşdırılmasını da olduqca maraqlı edir…(bizimdovr.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15294

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728