ABŞ-dan İslam Peyğəmbərinin təhqirinə açıq dəstək

14.01.2015 - 04:08

Fransa nəşri “Charlie Hebdo” jurnalının İslam peyğəmbərini təhqir edən
karikaturaları yenidən dərc edəcəyi barədə məlumatları şərh edən Ağ ev
sözçüsü bunu dəstəklədikılərini bildirib. ANS PRESS-in məlumatına görə,
ABŞ hökumət sözçüsü Mari Harf gündəlik mətbuat konfransında bunun
jurnalın hüququ olduğunu deyib.
“Şəxsi fikirlərə baxmdan “Charlie Hebdo”nun bu karikaturaları yenidən
dərc etmək hüququnu qətiyyətlə dəstəkləyirik. Bu, demokratiyanın
təzahürüdür”. Ağ ev sözçüsü ABŞ-ın yaradıcı insanların ifadə azadlığını dəstəklədiyini deyib:”Dediklərimə qarşı çıxanlar olsa da, jurnalistlərin, sənətkarların və
yaradıcı insanların ifadə azadlığı dəstəklənməlidir və biz ABŞ olaraq
ifadə azadlığının dəstəkçisiyik”.
“Həzrəti Muhammədin (ƏS) təsvir edilməsini İslama zidd kimi
görürsünüzmü?” – sualına Harf, “heç bir şey ifadə azadlığının qarşısında
olmamalıdır” – deyə cavab verib. “Xüsusilə müsəlmanların bu təsvir mövzusunda çox güclü bir həssasiyyətə
sahib olduqlarını bilirik. Heç bir şey zorakılığı, nifrəti haqlı
göstərməz və heç bir şey ifadə azadlığının qarşısında dayana bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031