Sumqayıtda şok Naxçıvan əməliyyatı

14.01.2015 - 10:10

Vasif Talıbovdan В«küsənlərВ» Sumqayıtda məskunlaşır; Şahbuz və Şərur rayonlarından olan “əlillərlə” bağlı ilginc məqamlar

“Koxanı gör kəndi çap” deyimi prioritet olan ölkəmizdə dünyada
analoqu olmayan möcüzələr baş verməkdədir. Qanunla həlli qeyri-mümkün
olan problemin həlli “koxanı” görməklə həll etmək mümkündür. Belə “koxalar” PA-da, nazirliklərdə, DIN-də, prokurorluqda, məhkəmələrdə, IH-da hətta MIS rəisləri də ola bilir. 

Sumqayıt IH-də olan istinadımız bildirir ki, Qarabağ əlilləri, şəhid
ailələri üçün nəzərdə tutulmuş ev növbəsinə əlavələr edilir.

Naxçıvanda V.Talıbovun ev növbəsinə düşə bilməyənlər Sumqayıta üz
tutur. Şahbuz və Şərur rayonlarından olan şəxslər “JEK Məzahir”
(naxçıvanlı) adlı MIS rəisi tərəfindən Sumqayıt sakini kimi qeydiyyat
arayışı ilə təmin edilir. Əvvəlcədən razılaşmaya görə, sənəd və
arayışlar Mənzillərin Uçotu və Bölüşdürlməsi Şöbəsinin müdiri əslən
Naxçıvandan olan Sədaqət Əsədovaya təqdim edilir. Bütün sənədlər toplandıqdan sonra analşama qarşlığında “əlil şəxslər”
ev növbəsinə götürülür. Hətta köhnə siyahı dəyişdirilərək növbənin
əvvəlinə qeydiyyata alınır. 

“Əməliyyata” Sumqayıt IH başçısının müavini Rövşən Sadıqov rəhbərlik
edir. Onun bir neçə il əvvəl Ismayılla rayonuna rəhbərliyi dönəmində
xidməti maşınını qəzəbləndirdiyi xalq tərəfindən yandırıldığı
bildirilir. Belə ki, Ismayıllıda yanğın “ənənəsi” Nizami Ələkbərovdan
əvvəl Rövşən Sadıqov tərəfindən qoyulub.  

Bu ev növbəsinə götürmə “əməliyyatından” xəbər tutan, növbədə olan
Qarabağ və şəhid ailələrinin hiddətinə səbəb olub. Qarabağ əlillərinin
Sumqayıt IH-nın qarşısında etiraz aksiyayası keçirəcəyi bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728