Dələduz şirkətdən Baş Prokurora şikayət
Vətəndaş Sadiq Mahmudov üzləşdiyi dələduzluqla bağlı Respublika Prokurorluğuna müraciət edib. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə ünvanlanan müraciətin surəti ölkə mediasına da göndərilib. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Cənab Baş Prokuror!
Avqust ayının 3-də Abşeron rayon Xırdalan şəhəri Həsən Əliyev küçəsi 44 ünvanında yerləşən “Muxtaroğlu VM” MMC-də idarə etdiyim 99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin yağını dəyişdirdim. Uzun müddətdir ki, avtomobilimə texniki xidmət göstərən Rasim adlı şəxs maşının yağını dəyişdi. Qəzənfər adlı şəxsə yeni yağ filtri gətirməsi üçün müraciət etdik və 15 manat ödədikdən sonra o üzərində Almaniya istehsalı olduğunu bildirən yağ filtrini gətirdi. Beləcə yeni yağ filtri taxılmaqla “Muxtaroğlu VM” MMC-də maşının yağı dəyişdirildi. Üzərindən bir saat keçdikdən sonra isə qəflətən maşının mühərriki sıradan çıxdı. Yağı dəyişən ustaya bu barədə məlumat verdikdə o yağda heç bir problemin olmadığını bildirdi. Ustaların mühərrikə baxışından sonra məlum oldu ki, Almaniya məhsulu adı altında keyfiyyətsiz Çin istehsalı olan filtrdən istifadə olunub və nəticədə mühərrik sıradan çıxıb. Bundan sonra adıçəkilən şikət yanlışını aradan qaldırıb, xidmət dələduzluğundan utanmaqdansa “oğru elə bağırdı ki” prinsipi ilə mənimlə hədə qorxu dilində danışır.
Cənab Baş Prokuror!
Sizin son dövrdə apardığınız siyasətə, qanunsuzluğa qarşı barışmaz fəaliyyətinizə güvənərək Si zdən mənim hüquqlarımın bərpasına,dəymiş zərərin ödənilməsinə və fırıldaqla məşğul olan şirkətin cəzalandırılmasına yardım etmənizi xahiş edirəm”
Short URL: http://www.cumhuriyyet.net/?p=153014