Bakıda torpaq bazarı ucuzlaşmağa başlayıb
toprağın bir sotunun orta qiyməti 2,77 faiz azalaraq 18 937 dollar olub.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü “MBA Group” konsaltinq
şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.
deyilir ki, təkliflərin sayının azalması torpaq bazarında aktivliyin
azalması ilə əlaqədardır ki, bu da ilk növbədə qiymətlərin nisbətən
azalmasına gətirib çıxarıb.
qiymətlərdə daha çox Bakının Binəqədi, Sabunçu və Səbail rayonlarında
müvafiq olaraq 6,51, 7,44 və 5,46 faiz azalma müşahidə olunub.
bildirilir: “Torpaq bazarında ümumi qiymətlərin düşməsinə baxmayaraq,
Bakının Abşeron rayonunda qiymətlərin qalxması müşahidə edilib ki, bu da
mərkəzi rayonlarda torpaq sahələrinin qıtlığı ilə izah etmək olar.
Bütovlükdə əhali arasında şəxsi yaşayış evlərinə tələbatın artdığı
nəzərə alınarsa, onda demək olar ki, ətraflarda qiymətlərin qalxması
normal hadisədir”.
Abşeron rayonunda torpaq sahələrinin qiyməti 12,2 faiz – yüz kvadrat
metr üçün 4,8 min manata qədər, Nərimanov rayonunda – 3,1 faiz (121,4
min manat), Xəzər rayonu – 0,9 faiz (4,2 min manat), Yasamal rayonu –
0,3 faiz (102,99 min manat) yüksəlib. Qiymətlər Xətai rayonunda
dəyişikliksiz , yəni 29,2 min manat səviyyəsində qalıb.
Binəqədi rayonunda 6,5 faiz – yüz kvadrat metr üçün 15,99 min manata
qədər, Nəsimidə – 2,1 faiz (111,75 min manat), Nizamidə – 0,2 faiz (28,6
min manat), Qaradaqda – 0,3 faiz (4,1 min manat), Sabunçuda – 7,4 faiz
(4,9 min manat), Sabaildə- 5,5 faiz (57,1 min manat), Suraxanıda – 0,8
faiz (5,9 min manat) azalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15305