Fransa jurnalından növbəti qanlı addım – ŞOK AÇIQLAMA

14.01.2015 - 11:42

Samir Həmidov: “İslam öıkələrinin adına terrorçu ləkəsi
vurmaq, onları şantaj etməklə bu cür təxribat xarakterli addımlar
atırlar”.

Keçən
həftə terrorçuların hücumuna məruz qalan “Charlie Hebdo” satirik
həftəlik jurnalı növbəti buraxılışında İslam peyğəmbərini “Je suis
Charlie” (Mən Şarliyəm) plakatı ilə əks etdirəcək. 

Jurnalın
vəkili Rişar Malka nəşrin yeni sayının Məhəmməd peyğəmbərin şəkli, eləcə
də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib.

Qeyd olunan məsələnin reallaşması növbəti terrorla nəticələnə bilərmi? 

Politoloq,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Slavyan Universitetinin Beynəlxalq
məsələlər kafedrasının müdiri Samir Həmidov fransalıların növbəti
addımını təxribat kimi qiymətləndirib. Politoloq baş verə biləcək
növbəti terrorla bağlı İslam ölkələrini təmkinli olmağa çağırıb: “İslam
ölkələri bu məsələlərlə bağlı, kifayət qədər, təmkinlilik nümayiş
etdirməli və baş verənlərə qanun çərçivəsində yanaşmalı, beynəlxalq
mədəniyyət və etikanın tələblərinə əməl etməlidir. 

Fransa
göstərməyə çalışır ki, islam və müsəlman dövlətləri dözümsüzdür
tolerant deyil, başqalarının fikir azadlıqlarına qarşı hücumlar edir,
onlara qarşı edılən hər addıma terrorla cavab verir. İslam ölkələrinin
adına terrorçu ləkəsi vurmaq, onları şantaj etməklə bu cür təxribat
xarakterli addımlar atırlar”.

S. Həmidov sözügedən
məsələdə tolerantlığın da böyük rol oynadığını bildirib. Onun sözlərinə
görə, xalqların və millətlərin, milli dini, etnik azlıqların bir-birinə
tolerant yanaşmaması məsələsi də terror hadisələrinin yaranmasına
gətirib çıxarır: “Bir dini toplumun başqa dini qrupa hücum etməsi,
müqəddəs hisslərinin təhqir olunması tolerantlıq anlayışının pozulması
deməkdir”.

Politoloqun dediyinə görə, insanların
vicdan, din və digər azadlıqları, onların müqəddəs hesab etdikləri
şəxsiyyətlər toxunulmazdır: “Avropada bu məsələlərə fərdi yanaşılır. Hər
hansı bir fərdin təhqir olunması, şəxsiyyətinin alçaldılması, şəxsi
informasiyasının yayılması cinayət hesab olunur. Qərbdə kollektiv
yanaşma zəfdir. Beynəlxalq miqyasda hər hansı bir sənəd yoxdur ki, bu
məsələni tənzimləsin”.

S. Həmidov qeyd edib ki, terror
hadisələri elə Qərb dövlətlərinin maliyyələşdirdiyi fanatiklər
tərəfindən təşkil edilir. Bu məsələlərin müsəlman ölkələrinə aidiyyatı
yoxdur: “Dərinə getsək, görərik ki, terror hadisələrinin baş verməsi
Qərb kəşfiyyatının xüsusi xidmət orqanları tərəfindən qurulan bir işdir.
Əslində, onlar ədalətsiz və qəddar siyasətini üzə çıxarirlar. Bundan
sonrakı hadisələrdə də İslam ölkələrini günahlandırmaq yanlışdır.
Nəticədə, özləri qurbana cevriləcəklər”. 

Aktual.az

Short URL: http://www.cumhuriyyet.net/?p=15308

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728