İŞİD Qazaxıstana da “əl uzatdı”
İslam Dövlətinin “Rajaoui PS” və “Shadows Team Hackers” haker
qrupları Qazaxıstanın paytaxtı Astana şəhərində fəaliyyət göstərən
Dövlət Filarmoniyasının saytını dağıdıblar.
Bu haqda məlumatı “Novosti-Qazaxıstan” agentliyi yayıb.
Məlumatda deyilir ki, dağıdılan saytın ana səhifəsində “Xilafət gələcək” sözləri yazılıb.
Dövlət Filarmoniyasının rəsmisi isə saytın bərpa edilməsi üçün işlər görüldüyünü açıqlayıb. (AzNews.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15312