Polislər Sumqayıt məktəbində araşdırmaya başladı

14.01.2015 - 12:28

“Hadisə ilə əlaqədar Təhsil Şöbəsinin müdiri də gəlib və bunun araşdırılması üçün məktəbə polis də çağırmışıq”. 

Bu sözləri Axar.az-a Sumqayıt şəhərində
yerləşn 37 saylı orta məktəbin direktoru Elşad Eyvazov dünən məktəbdə 6
b sinif şagirdi Pünhan Tanrıverdiyevin öz sinif rəhbəri tərəfindən
döyülməsi ilə bağlı yayılan xəbərlərlər bağlı danışarkən dedi.

Məktəbin direktoru qeyd etdi ki, hadisə araşdırılır və mübahisənin
hansı səbəbdən baş verdiyi öyrənilir. Onun sözlərinə görə, baş vermiş
hadisədə sinif rəhbərinin heç bir təqsiri yoxdur:

“Biz hazırda bu məsələni araşdırırıq. Mediaya təşəkkür edirəm ki, bu
məsələni diqqətdə saxlayır və bizim də fikirlərimizi öyrənirsiz. Dünən
dərs vaxtının sonunda belə bir hadisə baş verib. Ancaq mətbuatın yazdığı
kimi şagirdi sinif rəhbəri vurmayıb. Şagirdlər arasında olan
mübahisədir ki, valideynlər bu qədər böyüdüb. Ancaq istənilən halda bu
məsələnin araşdırılması üçün məktəbə dəvət etmişik. Həmçinin, Təhsil
Şöbəsindən bir neçə əməkdaş çağırmışıq və şöbənin müdiri də gəlib.
Valideynlər özləri də hazırda məktəbdədir. Təhsil Şöbəsinin müdiri də
məsələ ilə əlaqədar danışıb. Şairdin döyülməsində müəllimənin heç bir
təqsiri olmayıb. Uşaqlar mübahisə edən zaman heç müəllimə orada olmayıb.
Bu iki məktəbli arasında olan mübahisədir. Oğlanlardan biri digərini
itələyib, birinin başı o biriniz üzünə dəyib. Həmin şagirdin valideyni
özü də bizim məktəbi bitirib, mənim şagirdim olub. Ailənin özünü şəxsən
tanıyıram. Ailə çox gözəl ailədir. Bu mübahisənin də ailə ilə məktəbin
münasibətinə heç bir aidiyyəti yoxdur. Məsələ tam araşdırıldıqdan sonra
özüm bununla bağlı mətbuata açıqlama verəcəyəm”.

 

Təhsil Nazirliyindən də Axar.az-a bildirildi ki, məsələ araşdırılır və nəticəsi barədə mediaya açıqlama veriləcək.

 

Qeyd edək ki, Sumqayıtda orta məktəb şagirdin döyülməsi ilə bağlı
xəbəri Sitarə Zəngəzurlu adlı Feysbuk istifadəçisi öz statusunda yazıb.
S.Zəngəzurlu Sumqayıtdakı 37 saylı orta məktəbin 6 b sinfində təhsil
alan oğlu Pünhan Tanrıverdiyevin sinif rəhbəri və müəlliməsi Gülşarə
(soyadını yazmayıb) və Emin adlı başqa bir nəfər tərəfindən döyüldüyünü
iddia edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728