Sumqayıtda partlayış: 27 yaşlı qız öldü, iki nəfər xəsarət aldı
14.01.2015 - 15:57

Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə
verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan
ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.
Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova
Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar
olunub.
İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15315