“Barselona” Messinin maaşını kəsir

31.08.2020 - 10:14

İspaniyanın “Barselona” klubu kapitani Lionel Messiyə mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağı təqdirdə intizam tədbirləri tətbiq edəcək.  

“Report”un məlumatına görə, bu barədə jurnalist Tankredi Palmeri “Twitter”də açıqlama verib. O, 33 yaşlı ulduz futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşının kəsiləcəyini yazıb. Jurnalist bildirib ki, argentinalı hücumçu bir günə 110 min avro qazanır.

Daha əvvəl Messi komandanın PCR testinə qatılmayıb. O, məşqçilər korpusuna hazırlıq prosesinə qatılmayacağını bildirib. Avqustun 30-da Kataloniya təmsilçisinin oyunçuları məşqləri bərpa etməzdən öncə tibbi müayinədən keçməyə başlayıb.

“Mundo Deportivo” nəşri forvardın atası Xorxe Messinin klub prezidenti Xosep Bartomeu ilə görüşməyə hazırlaşdığını yazıb. Tərəflər arasındakı görüş sentyabrın 3-də gerçəkləşəcək. Funksioner təcrübəli forvardın komandada qalması üçün israr edəcək. X.Messi oğlunun yeni layihə axtarmaq istədiyini və klubdan ayrılmaq niyyətində olduğunu rəhbərliyə çatdırmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messi “Barselona”dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=153171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728