Neftin ucuzlaşması Azərbaycan üçün böhranlı həddə çatıb

14.01.2015 - 16:47

Neftin ucuzlaşması Azərbaycan üçün böhranlı həddə çatıb: Bu prosesə sevinən ölkələr də var
İlham Şaban: “Büdcədə neft gəlirlərinin payı indikindən iki dəfə
aşağı düşməlidir ki, neftin qiymətinin dəyişməsi büdcə üçün kritik hədd
yaratmasın”
Qubad İbadoğlu: “Neftin hazırki qiyməti Azərbaycan üçün artıq kritik hədd deməkdir”
Dünya
bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bu ucuzlaşmanın neft
istehsalçısı olan ölkələrin, o cümlədən, Azərbaycanın gəlirlərinə
vurduğu zərbə artıq milyardlarla dollar həcmində hesablanır.
Bəs,
görəsən, neftin hansı həddə qədər ucuzlaşması ölkə üçün kritik səviyyə
sayılır? Azərbaycanda və digər ölkələrdə neftin bir barrelinin maya
dəyəri neçəyə baş gəlir?
İlham Şaban
 
Neft
Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a
açıqlamasında bildirib ki, artıq neftin qiyməti Azərbaycan üçün kritik
sayılacaq həddə çatıb:
“Azərbaycan neftinin istehsalı və nəqliyyat
xərcləri orta hesabla bir barrel üçün 16 dollara başa gəlir. Dövlət Neft
Şirkətinin (ARDNŞ) neft hasilatı azalıb, Azərbaycanın ümumi neft ixracı
32 milyon tondur. Bu baxımdan, bizim üçün kritik hədd 13 dollardır.
Çünki neftin istehsalı, daşınması, tankerlərə yüklənməsi və sair
birlikdə bir barrelin maya dəyəri 13 dollar edir.
 
Əgər
vəziyyət bu həddə çatsa, Dövlət Neft Şirkəti neft ixrac etməz, sadəcə,
emal edər. Çünki ARDNŞ neft ixracından asılı şirkət deyil. Bu şirkət
istehsal etdiyi nefti benzin və dizel şəklində daxili bazara da çıxara
bilər. ARDNŞ üçün neft ixracını dayandırmaq kritik hədd deyil”.  
Dövlət
büdcəsi üçün neftin ucuzlaşmasının kritik həddinə gəlincə, İlham Şaban
qeyd etdi ki, Azərbaycan büdcəsinin 65 faizi neftdən formalaşır və bu
səbəbdən də ölkəmiz üçün istənilən rəqəm kritik sayılır:
“İstər
neftin qiyməti yüksək olsun, istərsə də aşağı, bu, Azərbaycan üçün
kritik hədd hesab olunur. Çünki dövlət büdcəsi diversifikasiya
olunmayıb. Neft hasilatının azalmasını da nəzərə alsaq, büdcədə neft
gəlirlərinin həcmi 33 faizdən artıq olmamalı idi. Deməli, büdcədə neft
gəlirlərinin payı indi olduğundan iki dəfə aşağı düşməlidir ki, neftin
qiymətinin dəyişməsi büdcə üçün kritik hədd yaratmasın”. 
İqtisadçı ekspert bildirdi ki, hökumətin neft pullarını öz gəlirləri kimi təqdim etməsi düzgün deyil: “Neftin qiyməti azalırsa, deməli, Neft Fonduna gələn vəsaitlər də
azalır. 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 100 dollar
olub. Bu qiymətlə Neft Fonduna gələn vəsait 14,8 milyard dollara yaxın
olub. İndi elə hesab edək ki, 2015-ci ildə neftin orta qiyməti 60 dollar
olacaq, bu zaman Neft Fonduna gələn vəsait 9 milyard dollara çatacaq.
Gəlirlər təxminən 5,5  milyard dollar azalacaq. Bizim problemimiz dövlət
büdcəsi deyil. Əsas problem Neft Fondudur ki, büdcə gəlirlərinin
yarıdan çoxu buradan formalaşır. Hökumətin ən böyük səhvi odur ki,
dövlət büdcəsini formalaşdırarkən Neft Fondundan edilən transferləri
büdcə gəliri adlandırır. Əslində isə bu, gəlir yox, kəsir deməkdir. İndi
dövlət büdcəsinin kəsiri 1,7 milyard manat deyil, 1,7 milyard manat
üstəgəl büdcənin 53 faizi deməkdir. Əksər ölkələrdə bu cür suveren
fondlar var və bu fondlar büdcə kəsirinin örtülməsinə sərf edilir. Ancaq
o zaman hökumətin iqtisadi siyasətinin nəticələrini aydın görmək olur.
Yəni insanlar görür ki, hökumət işləyir, ya yox… Bizdə isə dövlət
rəsmiləri Neft Fondundan ayrılan vəsaitləri hökumətin gəlirləri
adlandırırlar. Bu, hökumətin gəliri deyil”. 
Qubad İbadoğlu
İqtisadçı
ekspert Qubad İbadoğlu da bildirdi ki, BP üçün bir barrel neftin maya
dəyəri 12 dollara, ARDNŞ üçün isə, təxminən 20 dollara başa gəlir:

“Buraya həm istehsal, həm  də daşınma xərcləri daxildir. ARDNŞ-in
istehsal etdiyi neft baha başa gəlir. Çünki ARDNŞ-da neft uzun müddət
istismar olumuş quyulardan çıxarılır. Quruda yerləşən quyuların xərci
daha çox olur. Bu baxımdan, Dövlət Neft Şirkətinin çıxartdığı neftin
qimyətinin baha olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var.
Xarici ölkələr üçün neftin bir barrelinin maya dəyəri fəqrli rəqəmlərlə
ifadə olunur. Ərəb ölkələrində istehsal olunan neftin maya dəyəri 2-3
dollardır. Azərbaycan neftinin nəql xərcləri də çoxdur. Təkcə, neftin
 Bakı-Tiblisi-Ceyhan kəməri ilə nəql olunmasının bir barreli üçün
çəkilən xərc 6 dollardır”. 
Ekspert onu da vurğuladı ki, neftin hazırki qiyməti artıq Azərbaycan üçün kritik hədd deməkdir: “Neftin bir barrelinin orta qiymətini 40 dollardan hesablasaq, bu, il
ərzində neft gəlirlərinin 9 milyard manat azalması deməkdir”.
 
Qeyd
edək ki, dünya ölkələrində istehsal olunan neftin bir barrelinin maya
dəyəri orta hesabla 6 dollara başa gəlir. Hasilatının ən ucuz başa
gəldiyi ölkələr isə ərəb dövlətləridir. 
Bəs,
görəsən neftin ucuzlaşması hansı ölkəyə necə təsir edir? Neft istehsal
edən və idxal edən ölkələrin iqtisadiyyatına bu prosesdən nə qədər pay
düşür?
Qeyd edək ki, neftdən asılı olan bir
ölkə kimi, Rusiyanın böhranla üzləşməməsi üçün neftin bir barrelinin
qiyməti 100 dollardan aşağı düşməməli idi. Hazırda bu qiymətin 45 dollar
olduğunu nəzərə alsaq, Rusiyanın nə qədər maliyyə itkisinə məruz
qaldığını hesablamaq mümkündür. 
Ən böyük neft
istehsalçısı və OPEK üzvü olan Səıudiyyə Ərəbistanı da neftin
ucuzlaşması səbəbindən itkiyə məruz qalır. Ancaq Rusiyadan fərqli
olaraq, bu ölkə maddi baxımdan daha güclüdür. Və  zaman-zaman yığdığı
neft pulları hesabına böhran vəziyyətindən çıxmağa qadirdir. 
 
Ancaq
Səudiyyə Ərəbistanında da bu il büdcənin kəsirlə qapadılmaması üçün
dünya bazarında neftin qiyməti 99 dollardan aşağı enməməli idi. 
İran
neftin ucuzlaşmasından ən çox ziyan çəkən ölkələr arasında birinci
yerdədir. Tehranın təqdim etdiyi dövlət büdcəsinin bu ildən “üzüağ” çıxa
bilməsi üçün dünya bazarında neftin qiyməti 125 dollar olmalı idi.
Yəni, neftin 45-50 dollardan hesablandığı hər gün İrana böyük maddi
zərbə deməkdir. 
Avropa ölkələrinin demək olar
ki, hamısının enerji istehsalçısı yox, istehlakçısı olduqlarını nəzərə
alsaq, neft qiymətlərinin düşməsi bu ölkələri “xoşbəxtlik göz
yaşları”nda boğdu. Avropa dövlətləri büdcələrində neftin qiymətini daha
yüksək hesabladığından hər bir sentlik ucuzlaşmanı yüksək sevinclə
qarşılayırlar.
Venesuela da önəmli bir neft
istehsalçısıdır. Ancaq neftdən gələn vəsaitlərin düzgün idarə olunmaması
nəticəsində ağır iqtisadi problemlərlə baş-başadır. 50 faiz inflyasiya
ilə 2015-ci ilə başlayan bu ölkə neftin qiymətlərinin ucuzlaşması ilə
daha çətin vəziyyətə düşüb. Venesuelanın bu problemdən xilas olması üçün
neftin bir barrelinin indikindən dəfələrlə baha satılması lazımdır.
Çin
dünyanın ən çox neft idxal edən ölkəsidir. Bu ölkənin iqtisadi
vəziyyəti istənilən qiymətə enerji daşıyıcılarını almağa kifayət edir.
Ancaq Çin istehlak iqtisadiyyatına keçdiyi üçün daha az neft idxal edir
və bunu getdikcə azaldır. Bu isə, qlobal enerji bazarında böyük
dəyişikliyə gətirib, çıxara bilər. 
Türkiyə
enerji ehtiyacını xaricdən idxal hesabına ödədiyi üçün neftin
ucuzlaşmasına sevinən ölkələr sırasında yer alır. Bu vəziyyətin sadəcə,
bir il davam etməsi Ankaranın büdcəsinə 16 milyard dollar pul qazandıra
bilər. Bu səbəbdən də, neft nə qədər ucuzlaşsa, Türkiyə üçün bir o qədər
sərfəlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930