PUTİNİN ŞİŞİRDİLMİŞ ŞARI PARTLAYIB – “Rusiyada oğruların hakimiyyəti var”

14.01.2015 - 19:41

Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman Rusiya iqtisadiyyatındakı böhranla bağlı maraqlı məqalə yazıb. AzPolitika.info “Putinin şişirdilmiş şarı partlayıb” başlıqlı məqalənin tərcüməsini təqdim edir:
Öz qoçaqlıq məharətini nümayiş etdirmək üçün cənab Putinin
lazımı qədər resursları yoxdur. Rusiyanın iqtisadi imkanları demək olar
ki, təxminən Brazilyanınkı kimidir. İndi biz maliyyə böhranı zamanı bu
ölkənin iqtisadiyyatının necə kövrək əsaslar üzərində dayandığına
şahidlik edirik. Rusiya iqtisadiyyatının zəif olmasının əsas səbəbi
Putin rejiminin təbiəti ilə birbaşa bağlıdır.
Rusiyadakı
maliyyə vəziyyətini izləməyənlər üçün bildirmək istəyirəm ki, avqust
ayında Putin rus qoşunlarının Ukraynaya müdaxiləsinə əmr verdikdən sonra
rublun dollar qarşısında məzənnəsi tədricən zəifləməyə başlamışdı.
Lakin bir neçə həftə bundan öncə həmin zəifləmə çöküşə döndü. Mərkəzi
Bankın faiz dərəcəsini yüksəklərə qaldırması da daxil olmaqla, xüsusi
əlahiddə tədbirlər, rublun düşməsini əngəlləmək üçün özəl şirkətlərə
tətbiq olunan müxtəlif təzyiq üsulları vəziyyəti yalnız müvəqqəti və
nisbi surətdə sabitləşdirdi. Bütün bunların hamısı Rusiya iqtisadiyyatının ağır tənəzzülə doğru yuvarlandığını göstərir.

Rusiyanın hazırkı çətinliklərinin başlıca səbəbi, əlbəttə ki,
Amerikan şist neftinin çıxarılması nəticəsində və Çinin enerjiyə olan
tələbinin azalmasına görə neftin qiymətinin aşağı düşməsidir. Bütün
bunlarla yanaşı Rusiyaya Ukrayna böhranı ilə əlaqədar Qərb tərəfindən
tətbiq edilən sanksiyaların da çox ciddi təsirləri var. Ancaq Rusiyanın
problemləri şok yarada biləcək qədər qeyri-proposianaldır. Neftin
qiyməti aşağıya doğru dəyişməyə başlayanda, rublun düşüş dinamikası neft
qiymətinin düşüşünü qat-qat üstələyib. Bu isə Rusiya iqtisadiyyatına
dəyən zərbənin həcminin neft sektoru çərçivəsini də aşdığını əyani
təsdiq etdi.

Bəs nəyə görə vəziyyət belədir?

Pol Kruqman

Pol Kruqman

Burada konkret olaraq heç bir müəmma yoxdur. Bu cür böhranlar
1982-ci il Çilidə, 1995-ci il Meksikada, 1998-ci ildə İndoneziyada,
2001-ci ildə Argentinada baş verib və bu siyahını uzatmaq da mümkündür.
Rusiyanın üzləşdiyi böhran öz xarakterinə görə yeni deyil. Ən qorxulu
tərəf ondan ibarətdir ki, ölkə ixracatının əsas məhsulunun yaratdığı
xoşağəlməz şok, qüsurlu həlqə kimi dövr etməyə başlaya bilər. Nə zaman
ki milli valyuta dəyərsizləşir, rublla kapitala malik olan və
dollar-avro ilə borclanan müəssisələrin balansı partlayıb dağılır.
Nəticədə isə iqtisadiyyat ciddi yaralar alır və milli valyutaya olunan
təzyiq ona olan inamsızlığı artırır.
Ancaq bir məsələni mütləq qeyd etmək gərəkdir. Məlumdur ki, bəzi ölkələr
idxal mallarının pulunu ödəmək və ticarət balansındakı defisiti
qapatmaq üçün xaricdən pul götürüb, borclanmaq məcburiyyətində qalırlar.
Amma Rusiyanın ticarət defisiti yoxdur. Rusiya yüksək neft qiymətləri
sayəsində belə bir vəziyyətə düşməyib. Onda məntiqlə belə bir sual
yaranır: Bəs nə üçün xaricdən bu qədər pul borc götürülüb və bu pullar haradadır?

Əgər siz Londonun Mayfair ətrafına və ya Nyu-Yorkun
Manhatten rayonunun İst-Sayd tərəflərinə getsəniz, bu suallara cavab
tapa bilərsiniz.
Buradakı dəbdəbəli və lüks binaların
əksəriyyəti Rusiya oliqarxlarına, ərəb şeyxlərinə məxsusdur və onların
çoxunda axşamlar işıqlar demək olar ki, heç yanmır. Rusiya elitası öz
maliyyə aktivlərini əsas etibarilə ölkə xaricinə köçürüb və bahalı
daşınmaz əmlak bunların yalnız bir hissəsidir.

Bu elita pulu haradan götürür?

Putin Rusiyası hədsiz dərəcədə klanlaşmış kapitalizm variantıdır.
Putinin kleptokratik (oğruların hakimiyyəti) tərəfdarları öz şəxsi
məqsədləri naminə böyük məbləğlərdən istifadə olunması sisteminə daxil
ediliblər. Bütün bunların hamısı neftin qiyməti yüksək olduğu vaxtadək
dayanıqlı görünürdü. İndi isə şişmiş şar partlayıb və Putin rejiminin
arxası olan həmin korrupsiya Rusiyanı çox çıxılmaz günə qoyub.

Ümumiyyətlə, hadisələr necə qurtaracaq?

Bu cür vəziyyətdə olan ölkələr üçün standart cavab Beynəlxalq Valyuta
Fondunun islahatlar aparmaq üçün verəcəyi kreditlə bağlı olur. Aydın
görünür ki, indiki halda məlum standart tədbirlər planı işə
salınmayacaq. Rusiya düşdüyü vəziyyətdən təkbaşına çıxmağa cəhd
göstərəcək. Onlar ölkədən axıb gedən kapitalın qarşısını almağa
çalışacaqlar. Bir klassik yanaşmaya görə, anbardan çıxan kleptokrat
oliqarxın arxasınca anbarı bağlayacaqlar.
Deyilənlərin hamısı Putin üçün xeyli dərəcədə alçaldıcıdır. Onun
özünü hədsiz dərəcədə inamlı və xeyli razı aparması fəlakətin yaranması
təməlinin əsasını qoyub. Özünə vurğun şəkildə ədabazlıq etmək iqtisadi
çətinliklər üçün çarə deyil.

Tərcümə etdi: Vaqif NƏSİBOV

Short URL: http://www.cumhuriyyet.net/?p=15326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728