Cövhər Dudayevin naziri: “Ramzan Kadırovun atasının qatilləri Moskvada oturur”

14.01.2015 - 19:51

“Ramzan Kadırov müstəqil adam deyil. Ona nəyi əmr edirlərsə, onu da deyir və edir. Moskva bu adamdan istifadə edir”.

Bunu virtualaz.org saytının xüsusi müxbiri ilə söhbətində çeçen mühacirətinin tanınmış nümayəndələrindən olan Əhməd Zakayev deyib.

Cövhər Dudayevin prezidentliyi dövründə Çeçenistanın xarici işlər
naziri olmuş Ə.Zakayev hazırda Londonda yaşayır. Mühacirətdəki
çeçenlərin bir hissəsi Ə.Zakayevi 2007-ci ildə “İçkeriya Çeçen
Respublikası”nın baş naziri elan ediblər.

Çeçenlər arasında hələ də böyük nüfuzu olan Ə.Zakayev hesab edir ki,
“Rusiyanın işğal etdiyi Çeçenistanın ərazisində baş verən bütün
hadisələrə görə Moskva məsuliyyət daşıyır”.

Ə.Zakayev deyir ki, çeçenləri işğal edərək qırıblar: “Bu zavallı xalq
aldadılıb və zorakılığa məruz qalıb. Biz hansı cəbhədə döyüşməsindən
asılı olmayaraq həlak olan bütün çeçenlərin qarşısında baş əyirik.
Onların hamısı bizimkidir. Biz hər bir çeçenin həyatı uğrunda mübarizə
aparırırq. Bu bədbəxt adamları xilas etmək üçün əlimizdən gələni edirik.
Əhalinin heç 1 faizinin də dəstəkləmədiyi Ramzan Kadırovun
yan-yörəsindəki bir ovuc adamdan başqa qalan bütün çeçenlər ehtiyac və
kasıblıq içində yaşayır. Çeçenistanda təhlükəsizlik və sabitlik yalnız
müstəqil çeçen dövlətinin qurulacağı təqdirdə mümkündür”.

Ə.Zakayev Çeçenistanın indiki rəhbəri Ramzan Kadırovu sərt tənqid
edib. Deyib ki, o, atası Əhməd Kadırovdan fərqli olaraq heç də uzaqgörən
adam deyil: “Mən Ramzanın atası Əhməd Kadırovu şəxsən tanıyırdım. Əhməd
Kadırov Cövhər Dudayevin prezidentliyi dövründə Çeçenistanın müftisi
idi. Bu adam başa düşürdü ki, Çeçenistanın nefti və digər təbii
sərvətləri yalnız çeçenlərə məxsus olmalıdır. Çeçenlərin öz sözlərini
demək hüquqları olmalıdır. Buna görə də onu aradan götürdülər. Ramzan
Kadırov özü də çox yaxşı bilir ki, onun atasının qatilləri bu gün də
Moskvada oturur. Görünür, güclü qorxu hissi Ramzanı öz sahiblərinin
qoltuğuna sığınmağa məcbur edir”.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=15328

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728