Səngərdəki əsgərimiz danışdı: “Ermənilər qorxur…”

14.01.2015 - 19:55

Ermənistanda rus əsgərinin törətdiyi cinayətin şokunda olan
vətəndaşların hirsi soyumur. Onlar durmadan etiraz aksiyaları
keçirirlər. Ökədə yaşanan qarmaqarışıq vəziyyətə baxmayaraq erməni
tərəfi son günlər cəbhənin qərb istiqamətində atəşkəsi intensiv pozur.

ANS TV-nin məlumatına görə, bir neçə gün mütəmadi gülləborana məruz
qalan cəbhəyanı kəndlərdə hazırda güllə səsləri ara-sıra eşidilir.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazaxın
cəbhə kəndlərində mülki şəxslərin əmlakına xeyli ziyan dəyib. Ən çox
atəşə məruz qalan kəndlər isə Qazaxın Məzəm və Quşçu Ayrım kəndləridir.

Quşçu Ayrım kəndinin sakini Saya Vəliyevanın sözlərinə görə,
ermənilər ən çox gecə vaxtı fəallaşırlar: “Onlar gecə səhərə qədər
evləri atəşə tuturlar. Ermənilər ürəkləri istədikləri vaxtda atırlar”.

Güllə səsini adi hal kimi qəbul edən kəndlilər arasında ruh yüksəkliyi müşahidə olunur.

Kənd sakini Orxan Hacıyev deyir ki, son iki gündə düşmən tərəfindən
atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq Milli Ordumuz onlara layiqli
cavab verir: “Biz öz ordumuza güvənirik”.

Soyuq səngərlərdə də əsgərlər ayıq-sayıq görünür. Onları bəzi nöqtələrdə qarşı tərəfdən cəmi bir neçə yüz metr ayırır.

Əsgər Röyal Musayev qarşılarında dayanan düşmənin qorxaq olduğuna
görə əsgərlərə atəş aça bilmədiklərini deyir: “Buna görə də onlar dinc
əhaliyə atırlar. Mülki əhalinin dinc yaşamasına imkan vermirlər. Onlar
Azərbaycan əsgərindən qorxurlar”.

Ermənistan Silahlı Qüvvələri mütamadi olaraq yaşayış məntəqələrini
atəşə tutsa da Azərbaycan hərbçiləri ancaq hərbi nöqtələrə atəş
açdıqlarını deyirlər.

Qoşunların təmas xəttinə yaxın olan Ermənistan kəndlərində yaşayanlar
getdikcə azalır. Hərbi postlardan görünən bu mənzərə qarşı tərəfin
kəndlərinin əksəriyyətinin boşalmaqda olduğunu deməyə əsas verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728