Sabirabadda İlginc maxinasiyalar

14.01.2015 - 22:02

 Nazim İsmayılovu В«VVS Tikinti TəhcizatВ» MMC ilə nə bağlayır?
Sabirabad rayonundan aldığımız məlumata əsasən rayonun icra başçısı Nazim
İsmayılov dövlət büdcəsindən rayon üçün ayrılan vəsaitlərlə bağlı olaraq
ilginc bir metod tapıb. Belə ki, rayonda aparılan bütün abadlıq və
tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra
qurduğu В«VVS Tikinti TəhcizatВ» MMC vasitəsilə həyata keçirir. Lakin
adıçəkilən şirkət məhz (adından da göründüyü kimi red.) tikinti-təmir və
abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmır. В«VVS Tikinti
TəhcizatВ» MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər
büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi
olur. Sabirabaddan GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, bu
В«VVS Tikinti TəhcizatВ» MMC icra başçısının ən yaxın adamlarından birinə
məxsusdur. Və profilində göstərildiyi kimi deyil, rayon üçün ayrılan
bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edir.
Bununla bağlı olaraq rdeaksiyamıza təqdim edilən faktdan da görünür ki, iddia olunanların həqiqət yükü kifayət qədər böyükdür.
Məlumata
əsasən təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə
dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb.
Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd
İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880
manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait
ayrılıb. Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə В«VVS
Tikinti TəhcizatВ» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə
maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti
işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına
iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır.
İkinci
bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana
xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları
çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər
dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa
düşülür ki, bu icra nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul
olur. Hətta ekspertlər onu da deyir ki, bu qədər pulla hər hansı bir
rayonda orta səviyyəli mətbəəni kağızla tam təmin etmək mümkündür.
Qeyd
edək ki, artıq Hesablama Palatası rayonların büdcəsi üzrə büdcə
vəsaitlərinin xərclənməsinə dair audit tədbirləri həyata keçirir. Məhz
bu tədbirlər zamanı büdcə təşkilatlarında В«VVS Tikinti TəhcizatВ» MMC-nin
iştirakının nə qədər olub-olmadığını araşdırmağa çalışırıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728