Fazil Məmmədov deputatın bankını aldı
bərpa olunan “Kövsər Bank”ın səhmlərinin böyük hissəsi şirkətlərdən
birinə satılıb. “Marja”nın məlumatına görə, dekabrın 25-də Bakı Fond
Bircasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının
Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən
biri olan “Synergy Group” ASC-nin aldığı bildirilir.
Group” ASC-nin İdarə Heyətinin sədri Kamran Abbasov bu barədə məlumat
verə bilməyəcəyini deyib: “Biz 3 ildir bank açmaq istəyirdik. Amma
hazırda “Kövsər Bank” barədə Sizə bir məlumat verə bilməyəcəm.
Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm”.
edək ki, bir müddət əvvəl “Kövsər Bank” İdarə Heyətinin sədri Heydər
İbrahimov bildirmişdi ki, “Kövsər Bank” səhmlərinin 76 faizini kənar
investora satıb. Onun sözlərinə görə, səhmləri alan ölkədaxili
investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini
açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb
etməmişik və bankın əsas səhmdarı dəyişir”.
25-də Bakı Fond Bircasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm
emisiyasının yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kaitalı 12.02
milyon manatdan 50.02 milyon manata yüksəlib. Azərbaycan
Mərkəzi Bankı (AMB) “Kövsər Bank”ın lisenziyasını bu ilin aprelində
bərpa etmişdi. “Kövsər Bank” ASC 1989-cu ildə “Universal Bank” kimi
yaradılıb. “Kövsər Bank” islam bankçılığı prinsipləri üzrə fəaliyyət
göstərirdi və faizlə kredit vermirdi. Bankın prinsipini
dəyişib-dəyişməyəcəyi məlum deyil.
Məmmədovun nəzarətindədir. “Synergy Group” 2010-cu ildə yaradılıb. O,
tikinti və tikinti materialları, mehmanxana biznesi, İKT, sənaye və kənd
təsərrüfatı sahələrində fəaliyyət göstərir. “Synergy Group” ASC-yə
“Caspian Sea Resort Hotel”, “Excelsior Hotel Shamkir”, “AAC”,
“Bestpack”?, “Renaissance Construction Azerbaycan”, “Cybernet”, “Caspian
Coast Winery & Vineyards”, “Azaqro”, “Azərbaycan” Universiteti və
s. daxildir.
Group”la eyni ünvanda – Bakı, Z.Əliyeva küçəsi 55-də qeydiyyatdadır.
Bunlar “Capital Vision”, “İnvest Future”, “İnvest Alliance”, “İnvest
Solutions” və “Synergy Medical” şirkətləridir. Məlumatlara
görə, “Synergy Group”un faktiki idarəçiliyini Fazil Məmmədova məxsus
olduğu bildirilən “AtaBank” ASC-nin Müşahidə Şurasının sədri Əşrəf
Kamilov həyata keçirir. Səhmlərin 99 faizi Əşrəf Kamilovun adınadır.
“Synergy Group”un Müşahidə Şurasının sədri Dəyanət Quliyev də bundan
əvvəl “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini
vəzifəsində çalışıb.
Onu da
qeyd edir ki, bankın keçmiş sahibi Heydər İbrahimov Milli Məclisin
deputatı Eldar İbrahimovun qardaşıdır. Hakim çevrələrdə bank “Eldar
İbrahimovun bankı” kimi tanınırdı. (istiqlal.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15337