Son sutkada Pakistanda 300 nəfər koronavirusa yoluxub
Son sutkada Pakistanda 300 nəfər koronavirusuna yoluxub və belə xəstələrin sayı 296 min 149 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda virusdan 4 xəstə ölüb və dünyasını dəyişənlərin sayı 6298 nəfər olub. Müalicə müəssisələrində 8881 xəstə var, onların 589-u ağır vəziyyətdədir.
Vurğulanır ki, indiyədək COVID-19-a yoluxan 280 min 970 xəstə sağalaraq evə buraxılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=153397