Rusiyada Azərbaycanlı komandirə qarşı hörmətsizlik
Yalta şəhərindəki 1944-cü ildə Yaltanı
faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun
xatirə lövhəsinin olduğu park dağıdılıb. Bu barədə ans press-ə Yaltada yaşayan azərbaycanlılar məlumat verib.
Bildirilir ki, parkda dağıntı işləri bir neçə gündür ki, davam edir.
Park yerlə bir edilib, Cəlil Nəcəfovun xatirə lövhəsi dağıdılıb. Parkın
yerində hündürmərtəbəli binanın tikiləcəyi deyilir. Burada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Lakin bu, heç
bir nəticə verməyib. Onlar Azərbaycan diasporunun məsələyə qarışmasını
tələb edirlər.
Qeyd edək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində
1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının
komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi
keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=15341