Bakı küçələrinin 14 yaşlı tənha gənci

15.01.2015 - 01:58

Küçədə qalan 14 yaşlı gənc ondan-bundan pul alıb yaşayır. Metronun “28 May” stansiyasının həndəvərində qarşımıza çıxan Natiqdən
onun gecənin soyuğunda küçədə olmasını soruşduq. Dediyinə görə, artıq 6
ilidir Bakının sərt qışına, isti yayına öyrəşib. Səbəb isə valideyn
himayəsindən məhrum olmasıdır. Natiqin sözlərinə görə, 8 yaşı olanda
ata-anasını yol qəzasında itirib. Əslən Naxçıvan şəhərindən olduğunu
deyən yeniyetmə, paytaxtda kirayədə qaldıqlarını deyib. Amma valideyn
itkisi sonda onu küçələrə salıb.

“Küçələrdə maşınlarının təkərlərini qaraldıram, maşınları yuyuram,
şüşələrini silirəm. Bütün bunları çörək pulu qazanmaq üçün edirəm. Eyni
zamanda iki manat verim internet kulubda oturum deə bunları edirəm. Heç
bir sənədim yoxdur. Yaxınlarım isə məndən imtina edirlər” – deyə Natiq
Əliyev bildirdi. Səhhətində ciddi problemlər olduğundan gileylənən Natiq gələcəyə nikbin
baxır. İlk öncə isti yuva və təhsil almaq arzunda olan Natiq kömək
gözləyir. Kimlərinsə ona himəyə duracağına inanan bu oğlan, indi sadəcə
küçələrin uşağıdır.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15345

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930