Cinlər, şeytanlarla ünsiyyətdə olan ektrasens
Qədimdən bəri insanların taleyi ilə bağlı xəbər verən insanlar
olub. Onlar falçı, baxıcı, ekstrasens və s. adlar altında fəaliyyət
göstərib, özlərini vergili adam adlandırırlar. Hətta onların arasında
elələri var ki, ən yaxşı falçı mənəm, hər nədən məlumatım var, deyir.
Belələrindən biri də özünü medium ekstrasens adlandıran Zarina
Ulduzdur. Analitik.az-ın əməkdaşı ilə söhbətində Zarina xanım daha
nələr deyib? Onunla olan söhbəti oxucularımıza təqdim edirik:

– Özünüzü medium ekstrasens adlandırırsınız. Medium ekstrasens nə məna kəsb edir?
Bunların böyük bir hissəsini cinlər təşkil edir. Cinlər də qruplara
bölünür. Kafirləri, xristianları, möminləri var. Ümumiyyətlə, mömin
cinlər səcdədə olduqlarına görə qadınlara yaxın durmurlar. Çünki onlar
ibadət edirlər.
çoxluq təşkil edən kafir cinlər də var. Uşaq vaxtında, daha doğrusu 5-6
yaşından küçədə uşaqlar öz yaşıdları ilə oynayanda mən cinlərlə,
şeytanlarla oynayırdım. Bu yaş dövründə ağır xəstəlik keçirmişəm. Mənə
Bakıda həkimlər 3 gün vaxt veriblər ki, öləcəm. Hətta Moskvada da
həkimlər mənim öləcəyimi söyləyiblər. Üç gündən sonra da ölməmişəm. Mənə
uşaq vaxtı xərçəng xəstəliyi diaqnozu qoymuşdular. Deyirdilər ki,
məndə ağ qan qırmızı qanı yeyir. Maraqlı möcüzə baş verdi. Üç gün
keçəndən sonra mənə dedilər ki, səndə heç bir xəstəlik yoxdur. Bundan
sonra da mənim gözümə qeyri-adi qüvvələr görünməyə başladı. Ruhani
varlıqlardan çox, şeytani varlıqlarla ünsiyyətdə oldum. Uşaq vaxtından
gözümə Mariya adlı bir qadının ruhu görünürdü. Bu günə qədər də həmin
qadının ruhunu görürəm.
məndə xaça meylilik yarandı. Amma mən müsəlmanam. İstər-istəməz
xristianlıq dini məni özünə çəkdi.
qapayıblar. Küçəyə uşaqların yanına demək olar ki, getmirdim. Ev
şəraitinə çox bağlanmışdım. Kitab oxuyurdum, mədrəsəyə Quran öyrənmək
üçün gedirdim. Hər dəfə azan səsini eşidəndə mənə pis təsir edirdi. Azan
səsi eşidəndə çox sıxılırdım. Cinlər gözümə fərqli surətlərdə
görünürdülər. Əvvəllər çox qorxurdum. Yaşa dolduqdan sonra onlarla rahat
şəkildə əlaqəyə girirdim, söhbət edirdim. Bu cinlər hər bir şeyi mənə
əvvəlcədən deyirdilər. Məsələn, qonşumuz bizə gələndə mənə əvvəlcədən
informasiya gəlirdi ki, qonşu bizə niyə gəlib?
verir. Bəzi insanlar var ki, Quranla baxır. Ümumiyyətlə, Quranda heç
kimin taleyi haqqında məlumat yoxdur. Açırlar Quranı qoyurlar
qabaqlarına, sənin bəxtin belə olacaq, gələcəkdə səni bu hadisələr
gözləyir. Bu, düzgün deyil. Mənim öz cinlərim var.
cini çox rahatlıqla insanı incitmədən bədənindən çıxarıram. Uşaqlıqdan
mənim sağ əlimdə yüksək dərəcədə bioenerji var. Bunu açıq-aşkar hamı
hiss edə bilir və nəticəsini də görür. Bioenerji ilə insanda olan fiziki
və mənəvi yorğunluqları, ağrıları bədəndən uzaqlaşdırıram. Kimin evində
harada cadu var, mən onu uzaq məsafədən bilirəm. Ora getməyimə belə
ehtiyac yoxdur. Çünki mən informasiyanı cinlərdən alıram. Gec yeriyən və
gec danışan uşaqları da yanıma gətirirlər. İflic xəstələri də olur.
Mənə çox insan müraciət edib ki, kiməsə cadu etmək lazımdır. Amma mən
bunu etmirəm. Çünki bir dəfə etmişəm əziyyətini özüm çəkmişəm. Amma
əlimdədir istəsəm edə bilərəm. Ümumiyyətlə, mediumluğun bir tərəfi
kahinlikdir. Allah kahinliyi insanlara haram buyurub. Qara qüvvələrlə də
münasibətim olsa da çalışıram ki, yaxşı tərəfindən istifadə edim. Çünki
mənim ətrafımda kafir cinlərdir. O insan ki, deyir mənim yanımda mələk
var, yalan danışır.
Seanslar keçirirəm, cinli xəstələrin bədənindən cin çıxarıram. Bioenerji
vasitəsi ilə də insanlara kömək edə bilirəm. Bunu biznes şəklinə
çevirməmişəm. Peşəm və başqa gəlir yerim var.
olmuşam, başıma da gəlib. İkinci dəfə həyata gəlmək şansım olsa medium
olmaq istəməzdim. Qara qüvvələrlə yaxın olub, ekstrasens olmaq
istəməzdim. Bir neçə dəfə öz övladımı cinin-şeytanın əlindən almışam.
Məqsədim xalqa xidmət etməkdir. Bunu gəlir mənbəyinə çevirməmişəm və
ehtiyacım da yoxdur. Sadəcə bu işlərlə məşğul olmayanda özümü çox pis
hiss edirəm.
olmur. Türkiyənin Mərmərə şəhərində xüsusi ofisim var. Orada qəbul
günlərim var. Xəstələrlə seanslarım olur. İstanbulda Bioenerji Mərkəzi
var. Həmin mərkəzdə seminarlara qatılıram. Bir çox ölkələrdə, eləcə də
Moskvada, İsrailin Hayfa şəhərində də bu işlərlə məşğul oluram.
ehtiyacım yoxdur. Mən elə dualar bilirəm ki, cinləri uzaqlaşdıra
bilərəm. Amma onlar sonra mənim övladlarıma ziyan vura bilər. Elə edirəm
ki, cinlərimi də incitmirəm. Xoşbəxt ailəm, həyatım var.
– Həyat yoldaşım çox narazıdır. Dövlət işində çalışır və istəmir ki,
məni ekstrasens adlandırsınlar və bu sahədə tanınım. Amma o da
yaşadıqlarımın, başıma gələnlərin şahidi olandan sonra artıq bir söz
demədi.
– Azərbaycanda bu sahədə ən güclü sizcə kimdir? Özünüzü hamıdan üstün hesab edirsinizmi?
– Sizə deyim ki, mənə müraciət edən ekstrasenslər çox olur. Məndən
nəyisə öyrənmək istəyirlər. Azərbaycanda bir çox ekstrasenslər var ki,
mənim tələbəm olmaq istəyirlər ki, onlara cadu öyrədim.
var ki, deyirlər məni bütün Azərbaycan tanıyır. Amma sual verirsən
görürsən ki, heç nə bilmir. Çox insanlar var ki, cadunu, cinlərlə əlaqə
qurmağın yollarını məndən öyrənirlər. Hətta gecə saat 3-də
ekstrasenslərdən mənə zəng vuran olub ki, cinləri dəvət etmişəm, üstümə
düşüblər. Geri göndərə bilmirəm. Hansı duanı oxuyum onları göndərim?
Belələri də olur.
– Pul müqabilində falçılıq edənlərə münasibətinizi bilmək maraqlı olardı.
bir gəlir mənbəyinə çeviriblər. Mediumluq deyəndə insanın ağlına
metafizika gəlir. Əgər medium pul qarşılığında iş görürsə, onun öz
qüvvəsi azalmalıdır. Sənin necə qüvvən var ki, adamın birini 50-100
manata qəbul edirsən? Mən onlara yalançı kimi baxıram.(analitik.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15348