Azərbaycanda ən bahalı dövlət nömrə nişanı

15.01.2015 - 03:23

Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanının ən bahası 2500 manatdır. Bunu avtolent.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurtumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
bildirib. K.Əliyev qeyd edib ki, heç kim özbaşına dövlət nömrə nişanını
sata bilməz: “Hər bir avtomobilə dövlət tərəfindən qeydiyyat nişanı
verilir. Kimliyindən asılı olmayaraq bu nömrələri heç kim sata bilməz.
Dövlət nömrə nişanı yalnız nəqliyyat vasitəsi satışa çıxarıldığı halda
avtomobillə bir yerdə satıla bilər”.
K.Əliyev həmçinin qeyd edib ki, sıralamadan asılı olaraq ən ucuz dövlət qeydiyyat nişanının qiyməti 22 manatdır. Qeyd
edək ki, sosial şəbəkələrdə ən bahalı avtomobil nömrələrinin siyahısı
yayılıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı David Xamelenko adlı
şəxs sosial şəbəkələrə elan yerləşdirib. Elanda qeyd olunur ki,
aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə 99 TT 999-dur –
230 min manat. Satışda olan digər nömrələrin siyahısı ilə belədir:
99 LL 999 – 200 min AZN
99 VV 999 – 200 min AZN
99 UU 999 – 200 min AZN.

Short URL: http://www.cumhuriyyet.net/?p=15349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930