Vaşinqton iqtidarla münasibətləri düzəltmək üçün hərəkətə keçir
ABŞ hökuməti təhlükəsizlik və enerji sektorunda yaxından əməkdaşlıq
etdiyi Azərbaycan hakimiyyəti ilə “ipləri” qırmaq niyyətində deyil; amma
rəsmi Bakının şərti var…
ABŞ
və Azərbaycan arasında gərginlik yanvarın 12-də Vaşinqtonda keçirilən
dinləmələrdən sonra daha da artıb. Vaşinqton dinləmələrinə Bakıdan ilk
reaksiyanı “Azərbaycan” qəzeti verib. Qəzetin 13 yanvar sayında ABŞ
prezidentini sərt tənqid edən “Barak Obamanın ikiüzlülüyü” adlı məqalə
dərc olunub. Məqalədə Obama ABŞ-ın xarici siyasəti, o cümlədən
Azərbaycana münasibətdə ikiüzlü siyasət yürütməkdə günahlandırılıb və
Amerikanı ittiham edən xeyli sayda faktlar qeyd olunub.
ki, son aylar rəsmi Bakı ABŞ-ın ictimai təşkilatları ilə əməkdaşlıq
edən QHT-lərin bank hesablarına həbs qoyub, bir çoxunun sədrləri həbs
olunub və ya ölkəni tərk edib. O cümlədən AzadlıqRadiosu əməkdaşları
istintaqa cəlb olunub.
Vaşinqtonda narahatlıq doğurmaya bilməz. Hətta o dərəcədə ki, ABŞ
prezidenti Barak Obama Vaşinqtonda etdiyi çıxışında dünyada QHT-lərə
təzyiqlərin olunduğu ölkələri sadalayarkən Azərbaycanın da adını qeyd
edib. Təbii ki, bunun fonunda Bakıdan da Vaşinqtona yönəlik tənqidlərin
sayı və “dozası” artıb. Artıq rəsmi şəxslərin tənqidi çıxışlarına rəsmi
mətbuat da qoşulub.
etdiyi məlumata görə, hakimiyyət yaxın günlərdə Beynəlxalq Mətbuat
Mərkəzində ABŞ-da insan haqlarının vəziyyəti ilə bağlı dinləmələr təşkil
etmək niyyətindədir. Dinləmədə ABŞ-da insan haqlarının durumu, irqçilik
məsələləri, qara dərili insanlara hücum, polis qanunsuzluqları kimi
mövzuların müzakirəsi planlaşdırılır. Dinləmələrin yanvarın 12-də
Vaşinqtonda Azərbaycandakı vəziyyətlə bağlı tədbirə cavab olduğu
düşünülür.
Vaşinqton və Bakı tamamilə “ipləri qoparmaq” mövqeyində görünmürlər.
Ökə başçısı Amerikanı tənqid etmir, həmçinin Vaşinqtonda Bakıya yönəlik
xeyli dərəcədə yumşaldıcı mesajlar var. Məsələn, yanvarın 12-də
Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunan
Azərbaycanla bağlı müzakirələrdə iştirak edən ABŞ dövlət katibinin
demokratiya, insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia
gözlənildiyinin əksinə olaraq xeyli dərəcədə diplomatik danışıb və Bakı
ilə əməkdaşlığın davam edəcəyi ilə bağlı açıq mesaj verməyə çalışıb.
Azərbaycanda söz və mətbuat, sərbəst toplaşma azadlığını müdafiə
etdiklərini vurğulayan Melia eyni zamanda Bakı ilə daha yaxşı müttəfiq
olma imkanlarının hələ də qaldığını vurğulayıb: “ABŞ Azərbaycanın
suverenliyini və müstəqilliyini tanıyır və bunu qoruyub saxlamağa kömək
edir. Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəfiqi
ola bilər. Söz azadlığı, sərbəst toplaşma azadlığı vacibdir və
olmalıdır. Biz yüksək səviyyədə hakimiyyətlə əlaqədəyik və çalışırıq ki,
yol tapaq və davam edək. Yaxın həftələrdə Senat da yeni səfiri
təsdiqləyəcək və o, vəzifəsinin icrasına başlayacaq. Bu da bizə yeni
imkanlar yaradacaq. Biz AzadlıqRadiosunu və başqa təşkilatları var
gücümüzlə müdafiə edəcəyik”.

edək ki, Azərbaycan-ABŞ münasibətlərində hər zaman əsas xətt enerji və
təhlükəsizlik sahəsində əməkdaşlıq olub. “Əsrin müqaviləsi” çərçivəsində
Qərb şirkətlərinin Azərbaycana dəvət olunması, Gürcüstan üzərindən
Avropaya (eləcə də ABŞ-ın yaxın müttəfiqi İsrailə) neft satılması
layihəsi ABŞ-Azərbaycan münasibətlərinin özülünü təşkil edirdi. 2001-ci
il 11 sentyabr hadisəsindən sonra ABŞ-ın başlatdığı beynəlxalq
antiterror kampaniyasında Azərbaycanın fəal iştirakı münasibətlərdə yeni
dönəm açdı. Azərbaycan azsaylı müsəlman ölkələrindən biri olaraq bu
prosesdə ABŞ-a sona qədər dəstək verdi, öz hərbçilərini İraq və
Əfqanıstandakı əməliyyatlara göndərdi. Bu isə psixoloji amil olaraq ABŞ
üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu baxımdan Vaşinqton-Bakı
münasibətlərində iki vazkeçilməzi enerji və təhlükəsizlik mövzusu idi.
Təbii olaraq bu dövrdə Amerikanın daha bir prioriteti olan söz azadlığı
və demokratiya məsələsi yumşaq desək, üçüncü cərgəyə keçdi. Və Vaşinqton
uzun müddət məhz bu amillərə görə Bakıya qarşı mülayim davranıb.
il Gürcüstan müharibəsi və onun ardınca baş verən qlobal iqtisadi
böhranın ardınca üzə çıxan (və ya çıxarılan) WikiLeaks sənədlərindən
bəlli oldu ki, Vaşinqton Azərbaycandakı insan haqları və söz azadlığı
məsələlərini hər zaman ciddi önəm verərək baş verənləri izləyib. Bununla
da Vaşinqtonun Bakıya qarşı bəzi hallarda gizli saxladığı tənqidi
münasibət aşkara çıxdı, eyni zamanda paralel olaraq Azərbaycanda söz və
mətbuat azadlığı, insan haqları ilə bağlı vəziyyətin pisləşməsi
Vaşinqtondan Bakıya qarşı tənqidləri daha da sərtləşdirdi.
davam edən gərginlik hər iki dövlət üçün münasibətlərin “növbəti sınaq”
mərhələsi hesab olunur. Çünki Bakıda hesab edirlər ki, ABŞ növbəti dəfə
demokratiya və insan haqları mövzusunda Bakıya təzyiq göstərməklə əlavə
güzəştlər almaq istəyir. Hətta bu barədə Azərbaycan rəsmiləri siyasi
toplantılarda açıq mətnlə bildirirlər ki, Vaşinqton Bakıda enerji
layihələrindən əlavə pay almağa çalışır və təzyiqlərin arxasında bu amil
dayanır. Eyni zamanda rəsmi Bakı açıq mətnlə Vaşinqtona Rusiyanın
təzyiqlərinə rəğmən Vaşinqtonla əməkdaşlığa sadiq qaldığını və bu
səbəbdən də ölkədaxili məsələlərə müdaxilə edilməməsini tələb edir.

özü də Bakı ilə münasibətləri qarşıdakı aylarda qaydaya salmaqda
maraqlıdır. Bu barədə əməkdaşımıza amerikalı diplomatlardan biri
bildirib ki, Vaşinqton Bakı ilə münasibətlərin kəskin şəkildə
pisləşməsində maraqlı deyil və yaxın dövrdə bu münasibətləri qaydaya
salmağa çalışacaq. Gələn ay yeni ABŞ səfir Bakıya gələcək və onun əsas
fəaliyyəti münasibətlərdəki soyuqluğu aradan qaldırmağa yönələcək. Çünki
indiki vəziyyətdə Vaşinqton Bakıya daha artıq təzyiq etmək və bununla
da münasibətləri tamamilə korlamaq istəmir. Ortada əməkdaşlığı daha
zəruri edən faktorlar da hələ qalır. Azərbaycan hökuməti ABŞ-la
hərbi-təhlükəsizlik, terrora qarşı mübarizə, enerji sahəsində
əməkdaşlığı davam etdirir, bu sahələrdə iki ölkə arasındakı
münasibətlərində hər hansı axsama yoxdur.
etdiyimiz məlumatlara görə, Vaşinqton gələn aydan münasibətləri
yumşaltmaq, soyuqluqları ortadan qaldırmaq üçün cəhdləri artıracaq. Bu
prosesə AzadlıqRadiosunun və o cümlədən, daha bir neçə ABŞ institutunun
fəaliyyətini bərpa etməsi də daxildir. Lakin rəsmi Bakı radionun
tənqidçi mövqeyinin dəyişməsi tələbində israrlıdır.

Ərəstun Oruclunun fikrincə, Vaşinqton Bakıya qarşı siyasi təsir
göstərməyə çalışır. Ekspert deyir ki, Vaşinqtondakı dinləmələr bunun
tərkib hissəsi olub: “Vaşinqtondakı dinləmələrdə Tomas Melianın çıxışını
bitirdikdən sonra zalı tərk eləməsi onun kəskin suallardan yayınmaq
cəhdi idi. Gözlənildiyi kimi, ilk suallardan biri də ona ünvanlanmışdı,
çünki orda narazı auditoriya idi. Orda bir sıra diqqətçəkən məqamlar da
oldu. Əvvəla, Azərbaycanın ABŞ-dakı səfirliyi tədbirə ya dəvət
olunmamışdı, ya da iştirak eləmirdi. İndiki halda Azərbaycan
hakimiyyətinin orda mövqeyi görünmürdü. Amerikada Azərbaycana loyal
münasibəti ilə seçilən ekspertlər də orda yox idi. Belə demək olarsa, bu
tədbir Vaşinqtonun Bakıya çoxşaxəli mesajı idi. Yəni rəsmi şəkildə
tədbirdə təmsil olunmur, digər tərəfdən isə deyilir ki, biz strateji
əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Bu, Amerikanın məşhur “kökə və
dəyənək” taktikasıdır”.
Vaşinqton həqiqətən də Bakı ilə əməkdaşlıqda maraqlı görünür, ancaq onun
fikrincə, Bakı münasibətlərin yaxşı olmasında o qədər də həvəsli deyil:
“Əslində bu, əvvəl də belə olub. Gərginlik daim Azərbaycan tərəfdən
olub ki, bunun da motivləri anlaşılan deyil. Ortada olan odur ki, bu gün
Vaşinqton-Bakı münasibətləri alınmır. Görünən odur ki, Vaşinqton
hələlik Bakı ilə dil tapmağa, sanksiyalar yoluna əl atmamağa çalışır.
Çünki əməkdaşlıq daha səmərəli işdir, nəinki təzyiqlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15351